BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)

13:03 / 14-03-2023   /   baxış - 1104

Bütöv Azərbaycan Ocaqları (BAO) İranın Azərbaycana qarşı hərbi təxribatı ilə əlaqədar bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının

BƏYANATI

Məlum olduğu kimi, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km. məsafədə, bəzi hallarda isə dövlət sərhədinin üstü ilə uçub. İİR-nın bu hərəkəti Azərbaycan dövləti və bir çox vətəndaş təşkilatları kimi, bizi də qəzəbləndirmişdir. Özəlliklə, 27.01.2023-cü il tarixində Tehrandakı səfirliyimizə edilən xain hücumdan – qanlı terror hadisəsindən sonra bu təxribatın təsadüf olmadığını bildirmək istəyirik.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hər hansı hərbi təyyarənin uçması suveren Azərbaycan dövlətinə qarşı təcavüz aktı və düşmən davranışı kimi qiymətləndirilməlidir.

Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, İran tərəfini bu cür təxribatçı hərəkətinə görə şiddətlə qınayır və onu gələcəkdə belə şantaj xarakterli addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda, Azərbaycanın müvafiq dövlət strukturlarının qonşu dövlətin bu beynəlxalq qanunlara zidd əməlini cavabsız qoymayacağını, uyğun diplomatik addımlar atacağını düşünürük.

Fikrimizcə, bununla bağlı Azərbaycan XİN BMT-yə rəsmi müraciət etməli, sülhsevər dünya ictimaiyyətini məlumatlandırmalı və İİR-nın təcazüzkar dövlət kimi tanınması təşəbbüsü ilə çıxış etməlidir.

Tarixi Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən 30 illik işğalı dövründə heç bir addım atmayan, özünü dünyada şiə müsəlmanların himayəçisi kimi təqdim edən İİR-nın növbəti təcavüzkar hərəkətini biz Azərbaycan dövlətçiliyinə düşmən münasibətin və türklərə qarşı əsrlər boyu formalaşmış milli-etnik nifrətin təzahürü kimi qiymətləndiririk.

Bütöv Azərbaycan Ocaqları.

12.03.2023.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020
Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı bəyanat yayıb (23.07.2020)
18:52 / 23-07-2020