BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur

22:25 / 07-12-2022   /   baxış - 1832

 

 

Gənc yaşlarında molla rejiminin səhv siyasətinə qarşı çıxdığına görə təzyiqə məruz qalan və dogma yurdundan didərgin düşən Güney azərbaycanlı Əhməd Obalı qeyd etdi ki, bu gün molla rejimi soydaşlarımızı Araz çayının qırağına  gəlməyə qoymur, halbuki, soydaşlarımız əvvəllər çox rahatlıqla Arazın kənarına gələrdilər, indi isə gələ bilmirlər. Ə.Obalı vurğuladı ki, amma torpaqlarımız işğalda olduğu dövrdə soydaşlarımıza belə bir qadağa qoyulmurdu, onlar sərbəst şəkildə Arazın sahilinə gəlirdilər. 

 

  • “Halbuki, Vətən müharibəsinə qədər vəziyyət fərqli idi və torpaqlarımız işğalda olduğu dövrdə fars-şovinist rejimi soydaşlarımızın Araz çayının sahilinə gəlməsinə problem yaratmırdı”

Məlum məsələdir ki, mollakratiya rejimi soydaşlarımızı hansı səbəbdən Araza yaxın qoymur. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsi dövründə soydaşlarımız Xudafərinin o üzündən ordumuza ciddi mənəvi dəstək verirdi. Soydaşlarımızın fəallığı molla rejimini bərk narahat etdiyi üçün bu qadağanı qoyub. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, fars-molla rejiminin rəhbərliyinin Azərbaycanın güneyində yaşayan soydaşlarımıza qarşı aqressiyanı gücləndirməsi təsadüfi deyil. “Bu aqressiyanın, xüsusən də səbəbi İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi uğurlardır. Azərbaycanın zəfəri və digər uğurları fars-molla rejimi tərəfindən çox kəskin şəkildə qarşılanır və bu səbəbdən də soydaşlarımıza qarşı aqressivliyi daha da artırır. Bu aqressivlik o həddə çatıb ki, Tehran rejimi soydaşlarımızın Araz çayına yaxınlaşmasına belə qadağa qoyub. Bu qadağa təkcə aqressiya ilə bağlı deyil, molla rejimi xalqımızın birliyindən qorxur. Soydaşlarımızın quzeydən, Azərbaycan dövlətindən güc aldığını, ruhlandığını molla rejimi çox yaxşı bilir. Çünki Prezident səviyyəsində soydaşlarımızın vəziyyətinə reaksiya verilib və onlar da bundan ruhlanıblar. Əlbəttə, soydaşlarımızın qəlbi hər zaman quzey Azərbaycanla birgə döyünüb və 44 günlük müharibədə qazandığımız zəfəri onlar da böyük şadyanalıqla qeyd etdilər. Soydaşlarımızın Azərbaycan dövlətinin zəfərini çox yüksək səviyyədə qeyd etməsi, özünü bu qələbənin içində hiss etməsi, əlbəttə, fars-şovinist rejimini narahat edir, qorxudur. Fars-molla rejimi soydaşlarımızın bizə yaxınlaşmasını, qovuşmasını qətiyyən qəbul etmir və bu birlik onu çox qorxudur. Qüzey və Güney Azərbaycan arasındakı yaxınlaşmadan molla rejimi bərk narahatdır.

Əhməd Obalının verdiyi bu həyəcanlı açıqlama diqqətçəkicidir. Biz, təbii ki, bu prosesi görürdük, Əhməd Obalı da bunu gündəmə çəkdi”.

F.Ələkbərli qeyd etdi ki, son zamanlar Azərbaycanın güneyindəki soydaşlarımız Araz çayının sahillərinə enməkdə çətinliklə üzləşirlər. “Halbuki, Vətən müharibəsinə qədər vəziyyət fərqli idi və torpaqlarımız işğalda olduğu dövrdə fars-şovinist rejimi soydaşlarımızın Araz çayının sahilinə gəlməsinə problem yaratmırdı. Soydaşlarımız Araz çayının sahilinə gəlir, istirahət edirdilər, balıq tuturdular və sair. Onlara imkan yaradılırdı. Amma torpaqlarımız işğaldan azad edildikdən sonra şovinist fars rejimi soydaşlarımıza bu qadağanı qoydu. Birdən-birə vəziyyətin dəyişmə səbəbi Azərbaycan dövlətinin əldə etdiyi uğurlardır. Fars-molla rejiminin soydaşlarımıza qadağa qoyması heç nəyi dəyişməyəcək. Onsuz da proses getməkdədir, bu proses də birliyimizi və diriliyimizi daha da möhkəmləndirir. Bu baxımdan, mollakratiyanın qoyduğu qadağa, atdığı addım soydaşlarımızın bu rejimə nifrətini bir az da artırır. Demək istədiyimiz oldur ki, nə qədər qadağalar qoyulsa da bu qadağalar öz əhəmiyyətini get-gedə itirir, molla rejiminin sonuna da çox qalmayıb”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA

baki-xeber.com

 



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020
Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
22:04 / 20-10-2020