BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)

12:48 / 01-08-2021   /   baxış - 1525

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz

bölgəsindəki kütləvi etirazlarla bağlı

 

B Ə Y A N A T I

 

Son vaxtlar İran adlanan ölkədə sadə xalq kütlələrinin iqtisadi durumunun getdikcə pisləşməsi fonunda kütləvi etitazlar dalğası artmaqdadır. Gündən-günə xalqla öz arasındakı uçurumun dərinləşdiyini görən şovinist fars rejimi özəlliklə başqa millətlər yaşayan bölgələrdə daha çox zalımlıq edir, adi insan haqlarına belə məhəl qoymur. Sanki bununla da bütün xalqların etiraz və üsyanlarından diqqəti yayındırmaq və milli-etnik qarşıdurmalara yol açmaq kimi iyrənc məqsədlər güdürlər.

Bu yaxınlarda Əl-Əhvazda (Xuzistan) yaradılmış su qıtlığı problem də bu qəbildəndir. Belə ki, oradan axan Karun çayının qabağını kəsib, farslar yaşayan bölgələrə yönəldir və onlar üçün süni göl yaratmaq istəyirlər (Bir vaxtlar ətrafında azərbaycanlıların kompakt yaşadığı Urmu gölünün qurudulması da eyni dərəcədə amansız və acınacaqlı sonuclara gətirib çıxarmışdı. Onun acılarını həmin bölgədə yaşayan Azərbaycan türkləri indi də çəkməkdədir).

Havaların isti keçdiyi yay aylarında, iqtisadu durumu onsuz da ağır olan və səbr kasası daşan yerli əhali (əsasən ərəblərdən ibarətdir) kütləvi şəkildə ayağa qalxmış, dövlət və hökumət əleyhinə şüarlar səsləndirmişlər. Həmişə olduğu kimi, qatil şovinist fars rejimi bu eturazları qan gölündə boğmuş, silahsız insanları gülləbaran etmiş və dinc əhaliyə müxtəlif işgəncələr vermişdir. Xeyli sayda ölən və yaralanan vardır.

Qarşıdan bütün şiələrin matəm saydıqları Məhərrəm ayı gəlir. Bir neçə gündən sonra bütün İranda kütləvi matəm mərasimləri keçiriləcək və 72 haqq-ədalət fədaisini susuzluqla imtahana çəkən Müaviyə və Yəzidə lənət yağdırılacaqdır. Guya özünü İslam Cümhuriyyəti adlandıran və bütün dünya şiələrinin rəhbəri hesab edən İran dövləti bu gün 1400 il öncə Yəzid ibn Müaviyənin Kərbəlada törətdiyi vəhşicəsinə qətliamları əz ərazisində təkrar edir, dinc əhaliyə susuzluqla divan tutur. Buna biganə qalmaq olmaz.

Əl-əhvaz (Xuzistan) sakinlərinə dəstək olmaq üçün İran İslam Cümhuriyyətinin müxtəlif bölgələrində yaşayan xalq kütlələri ayaqlanmaqda və əlləri qana bulaşmış şovinist fars hökumətinə qarşı etiraz səslərini ucaltmaqdadırlar. 24 iyul tarixində – şənbə günü Azərbaycanın Güneyindəki soydaşlarımız da məzlum ərəb qardaşlarının dərdinə ortaq və onlarla həmfikir olduqlarını sübut etmək üçün kütləvi etiraz aksiyalarına başlamaq qərarına gəlmişlər.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, İranda yaşayan bütün xalqlara və Azərbaycanın Quzeyindəki soydaşlarımıza müraciət edərək onları Əl-əhvaz sakinlərinin haqlı mübarizəsinə dəstək olmağa və rəsmi Tehran hökumətinə etiraz etməyə çağırırıq.

Azərbaycan Respublikasının rəsmi hökumət dairələrini və ictimai-siyasi təşkilatlarını da İİR-nin bu insanlığa zidd hərəkətlərini pisləməyə və bütün mümkün vasitələrdən istifadə edərək rəsmi Tehran hökumətinə təzyiq göstərməyə səsləyirik.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 22.07.2021.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020
Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı bəyanat yayıb (23.07.2020)
18:52 / 23-07-2020