BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)

21:47 / 12-12-2021   /   baxış - 1363

Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının

BƏYANATI

Bu günlərdə Türkiyə Milliyyətçi Hərəkət Partiyası (MHP) başqanı, hörmətli Dövlət Baxçalının Türkiyə Prezidentinin iqamətgahında hörmətli Rəcəb Tayyib Ərdoğana bağışladığı Türk Dünyası xəritəsi dünya mətbuatında, özəlliklə, Türk Cümhuriyyətlərində və başqa türklər yaşayan bölgələrdə geniş müzakirə və coşquya səbəb olmuşdur.

Özəlliklə, “Türk Dövlətləri Təşkilatı”nın İstanbul zirvə görüşündən sonra baş vermiş bu hadisə dünya mediyasında özəl bir mesaj kimi dəyərləndirilmiş, bütün dünyadakı müstəqil və müstəqil olmayan türkəri coşdurmuş, türk düşmənlərini də çox narahat etmişdir.

Bu xəritədə müstəqil Türk dövlətləriylə yanaşı, özgür olmayan türk bölgələri və daha çox türklər yaşayan şəhərlərin yer alması Azərbaycanın Güneyində, bu gün İran adlanan ölkədə yaşayan soydaşlarımız tərəfindən də sevinc və coşquyla qarşılanmış, onlarda bütöv və özgür Türk Dünyasının gələcəyinə böyük ümidlər doğurmuşdur.

Qeyd etməliyik ki, keçən il Türkiyə və Azərbaycan dövlətlərinin birgə əməkdaşlığı fonunda baş vermiş Qarabağ Zəfərinin də Türk dünyasının birlik və bütövlüyünə olan ümidlərin yaranmasında ayrıca yeri və önəmi vardır.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, qurulmaqda olan Türk Dünyasının gələcək konturlarını bütün dünyaya elan edən hörmətli R.T.Ərdoğan və D.Baxçalıya öz minnətdarlığımızı bildirməklə yanaşı, bu xəritədə özünü göstərən bir anlaşılmazlıq haqqında narahatlığımızı dilə gətirmək istərdik. Tarixdən və bizim tərtib etdiyimiz xəritədən bəlli olduğu kimi, Azərbaycanın Güneyinin sərhədləri Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının sınırlarından başlayaraq Tehran və Həmədan şəhərinə qədərki bütün əraziləri əhatə edir. Təəssüf ki, sayın Baxçalının sayın Ərdoğana hədiyyə etdiyi xəritədə Azərbaycanın Güneyinin coğrafiyasına yalnız Zəncana qədərki ərazilər daxil edilmiş, Qəzvin, Savə, Tehran, Kərəc, Həmədan və s. tarixi türk bölgələri kənarda qalmışdır. Halbuki, bu gün İran adlanan ölkənin coğrafiyasına bələd olan hər kəs bilir ki, adları çəkilən şəhər və bölgələrdə yaşayan əhalinin çoxu türklərdir və onlar, bütün rəsmi qadağalara baxmayaraq, öz ana dillərində – Azərbaycan türkcəsində danışırlar. Təkcə onu demək kifayətdir ki, hazırda İİR-nın başkəndi olan Tehran şəhərində ən azı 8-9 milyon soydaşımız yaşamaqdadır.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, həmin xəritədə yer alan bu anlaşılmazlığa hər iki böyük dövlət adamının diqqətini çəkmək və gələcək fəaliyyətlərində bu kimi məsələlərdə xüsusilə həssas olmalarını bir daha vurğulamaq istəyirik.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 26.11.2021.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020
Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı bəyanat yayıb (23.07.2020)
18:52 / 23-07-2020