BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)

23:06 / 15-10-2021   /   baxış - 1859

Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbil şəhərində Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımına etiraz aksiyası keçirən milli fəalların həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakıı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Ərdəbildə həbs olunan

milli fəallarla bağlı

B Ə Y A N A T I

 

Azərbaycan Respublikasının 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində qələbəsi Azərbaycanın Güneyində yaşayan soydaşlarımız  tərəfindən də rəğbətlə və sevinclə qarşılanıb.

Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər milli fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.

Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mostafa Pərvin, Morteza Pərvin, Moctaba Pərvin, Hamed Heidəri, Mohəmməd Çolani, Sobhan Bəkhşi, Mehdi Hüşmənd, Bəhmən Xeyrcu və Səccad Çolani İran İslam Respublikası Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən təqsirli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik göstərdikləri ittihamı ilə 7 ay 16 gün, ictimai asayişi pozmaq ittihamı ilə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər. Həmçinin Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməsi iddiası ilə cərimə olunub.

Sonrakı günlərdə də oxşar məqsədlə Azərbaycanın Güneyinin müxtəlif şəhərlərində aksiyalar keçirən milli fəallar da həbs edilib və müvəqqəti azadlığa buraxılıblar.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq son aksiyalar zamanı milli fəallara qarşı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranılmasını və həbs edilmələrini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edirik.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 15.10.2021.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020
Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı bəyanat yayıb (23.07.2020)
18:52 / 23-07-2020