BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı bəyanat yayıb (23.07.2020)

18:52 / 23-07-2020   /   baxış - 1749

Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı bəyanat yayaıb. Bəyanatın mətni aşağıdalı kimidir.

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Azərbaycanın güneyində həbs olunmuş milli fəallarla bağlı

B Ə Y A N A T I

Məlum olduğu kimi, 12 iyuldan etibarən Ermənistan ordusu Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi əməliyyatlar həyata keçirməyə cəhdlər göstərmiş, bu döyüşlər zamanı Azərbaycan tərəfindən 11 hərbiçimiz və iki mülki şəxs şəhid olmuşdur. Hərbçilərimiz arasında yüksək çinli zabitlərin, o cümlədən bir general-mayorun və polkovniklərin olması istər ölkə daxilində, istərsə də xaricdə geniş əks-səda doğurmuşdur.

Ermənistanın təcavüzkar əməllərini pisləyən Azərbaycanın güneyindəki soydaşlarımızın bu milli ruhlu aksiyaları İran adlanan ölkənin şovinist fars rejimi tərəfindən sərt şəkildə qarşılanmışdır. Belə ki, minlərlə Azərbaycan türkünün Təbriz, Tehran, Urmiya, Ərdəbil, Səlmas və digər şəhərlərdə keçirdiyi aksiyalara cavab olaraq şovinist fars rejiminin polisləri milli fəallarımızın həbslərini həyata keçiriblər.  

Məsələn, Təbrizdən: Həkimə Əhmədi, Yasəmin Zəfəri, Rəsul Rəzəvi, Rəhim Sasni, Sədullah Sasani, Tehrandan: Hadi Əlişi, Həmid Cabbarlı, Hüseyn Şəhidi, Yəqub Məcidi, Urmiyadan: Şiva Mücərrəd, Seyid Behnəmun, Səhənd Behnəmun, Salar Tahir Əfşar, Fərid Xorşidi və başqaları İran adlanan ölkənin hökumət dairələri tərəfindən həbs olunublar.

Bununla da İran İslam Respublikasının rəhbərliyi Azərbaycana münasibətdə ikiüzlülüyünü bir daha ortaya qoydu. Hər halda Türkiyədən ən yüksək səviyyədə Azərbaycana dəstək göstərildiyi, eyni zamanda, dünyanın əksər ölkələri tərəfindən (xüsusilə də Ukrayna, Pakistan və b.) Ermənistanın bu hərəkətləri açıq şəkildə pisləndiyi bir zamanda, rəsmi Tehran daha çox riyakarlığı ilə yadda qaldı. Diqqəti çəkən amil odur ki, hazırki şəraitdə ermənilərə daha aşkar şəkildə dəstək verənlər arasında farslar və serblər xüsusilə fərqləndilər. Serblərin arxasında Rusiyanın dayandığını nəzərə alsaq, o zaman görərik ki, dünyada Ermənistanı birmənalı şəkildə dəstəkləyənlər məhz şovinist fars rejimi və ruslar oldular.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, özlərini müsəlman hesab edən şovinist fars rejiminin erməniləri bu şəkildə – açıqcasına dəstəkləməsi və Ermənistanın təcavüzkar siyasətini pisləyən soydaşlarımızı həbs etməsi və təqiblərə məruz qoyması qəbuledilməzdir. Bu hərəkət nə İslam dininin dəyərlərinə, nə insanlığa, nə də beynəlxalq hüquqa uyğundur. Ona görə də, biz İİR-nın şovinist fars rejimindən soydaşlarımızı dərhal həbsdən azad etməyi və Ermənistanın təcavüzkar siyasətini pisləyən addımlar atmağı tələb edirik.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 23 iyul 2020-ci il.

 

 



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020