BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib

21:36 / 23-02-2022   /   baxış - 1383

Tariximizə Sahib Çıxaqtarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, “Tarixinə sahib çıx” tarixi abidələrimizin gənc nəsil arasında eləcə də xaricdə tanıdılması və təbliği” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin tarixi-mədəni irsin qorunub saxlanması problemlərinə cəlb edilməsi, onların tarixi və milli kimliyinin formalaşması, tarixi-mənəvi mənsubiyyət hissinin inkişafı, xaricdə Azərbaycanın tarixi abidələrinin, qədim özkeşmişinin təbliği, tanıdılmasıdır.

Addım atdığımız hər qarış torpaqda ulu əcdadlarımızın bir xatirəsi yatır. Bu xatirələr gənc nəslin diqqətinə düzgün formada çatdırılmalıdır. Bu onlarda həm Vətənə məhəbbəti artırmış olar, həm də milli kimliyə sahib çıxmalarına, onu xaricdə düzgün təbliğ etmələrinə, dostla, düşmənlə disskusiyalarda doğru fikir söyləmələrinə yardım etmiş olacaq.  

Təşkilat layihə çərçivəsində 22 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən 313 saylı tam orta məktəbdə tarixi abidələrimizin tanıdılması, sevilməsi, mühafizəsi istiqamətində tədbir keçirmişdir.

Tədbir Azərbaycan respublikasının Dövlət himninin oxunması ilə başlandı. Sonra isə I və II Qarabağ döyüşlərində şəhid olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra məktəbin direktoru Zakir Bayramov tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin gənc nəsil üçün əhəmiyyəti haqqında danışdı. O belə tədbirlərdə gənc nəsli daha da aktiv iştirak etməyə dəvət etdi.

Təşkilatın sədri, məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında ətraflı məlumat verdi. Tədbirə məktəbin 8 sinif şagirdləri çox aktiv hazırlaşmışdı. Onlar - 8a sinifi şagirdi Quliyeva Ayişə - Şirvanşahlar saray kompleksi, 8b sinifi şagirdi Vəzirova Əsli - Atəşgah məbədi, 8c sinif şagirdi Mehdiyeva Nigarə  Ramana qalası,  8ç sinif şagirdi Əliyev Uğur  - Abşeron abidələri,  8d sinif şagirdi Quliyeva Röya - Qız qalası, 8e sinif şagirdi Mehdizadə Solmaz - Qobustan haqqında slayd təqdimat və 8ç sinif şagirdləri Abdurahmanlı Vüsat, Pənahalıyeva Nurican, Ağayeva Dilişad, Nurullazadə Fidan və Adgözəlov Çingiz video təqdimat hazırlamışdılar.

Tədbirin sonunda çıxış edən tarix üzrə fəlsəfə doktoru, ADPU Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasınin müəllimi Sevil Bəhrəmova və tarix üzrə fəlsəfə dokt. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, dosent İdris Əliyev Bakinskiy şagirdlərin çıxışlarından çox razı qaldıqlarını birdirdilər. Təbii ki, onlara öz tövsiyyə və fikirlərini də bildirdilər. Sonda tədbirdə aktiv iştirak edən şagirdlərə diplomlar təqdim olundu. Ümumilikdə belə daha 5 tədbirin keçirilməsi nəzərdə tutulur.

FOTOLAR:

BAO.AZ.



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020
Aydın Mədətoğlu: Azər (Azərdüşt) Peyğəmbər
20:49 / 25-04-2020