BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR

23:35 / 16-03-2022   /   baxış - 1564

“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” (TŞSÇ) tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, “Tarixinə sahib çıx” tarixi abidələrimizin gənc nəsil arasında eləcə də xaricdə tanıdılması və təbliği” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin tarixi-mədəni irsin qorunub saxlanması problemlərinə cəlb edilməsi, onların tarixi və milli kimliyinin formalaşması, tarixi-mənəvi mənsubiyyət hissinin inkişafı, xaricdə Azərbaycanın tarixi abidələrinin, qədim özkeşmişinin təbliği, tanıdılmasıdır.

Təşkilatın artıq bir tədbiri 22 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən 313 saylı tam orta məktəbdə keçirilmişdir.

Növbəti tədbirlər 03 mart 2022-ci il tarixində Təbriz Tədris Mərkəzində keçmişdir. Tədbirin tədris mərkəzində keçirilməsinin məqsədi burada dərsdən kənar hazırlıqlara qatılan uşaqların dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin yüksəlməsi, milli-mənəvi dəyərlərimizə sevgini artırmaqdı. Tədbir Azərbaycan Respublikasının himni ilə açıldı. Bundan sonra I və II Qarabağ müharibələrinin şəhidləri bir dəqiqəlik sükutla anıldı.

Tədbirdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Asya Mirzəyeva və AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh iştirak edirdi. Asya Əhmədova Qarabağın- Zəngilanın erməni işğalçıları tərəfindən dağıdılmış abidələri haqqında geniş məlumat verdi. Şagirdlərə hansı peşələrini sevmələrindən asılı olmayaraq, öz tarixlərini, ədəbiyyatlarını yaxşı bilmələrini tövsiyyə etdi. Tədbirin sonunda təşkilatın rəhbəri Araz Şamilov tərəfindən aktiv iştirakçılara diplom və bukletlər verildi.

Təşkilatın növbəti tədbiri isə 13 mart 2022-ci ildə American Education Center-də keçirildi. Təşkilatın əməkdaşları burada təhsil alan uşaqlara Azərbaycanın Milli-maddi nümunələri   haqqında məlumat verdi. Təşkilatın sədri Bakı və ətraf bölgələrdəki tarixi abidələr haqqında ətraflı məlumat verdikdən sonra, şagirdikdən sonra təşkilat rəhbəri uşaqlara tarixi abidələrlə bağlı qısa slayd da göstərdi. Sonra uşaqlara tarixi abidələrimizlə bağlı suallar verildi. Suallara aktiv cavab verən şagirdlər diplomlarla rəğbətləndirildilər. Tədbirin sonunda çıxış edən Mərkəzin baş müəllimi Nübar Salehova belə tədbirlərin gənc nəsil üçün çox vacib olduğunu bildirərək, qeyd etdi ki, onları tez-tez, müxtəlif mövzularda keçirmək lazımdır. Eyni zamanda uşaqların tarixi abidələrin yerləşdiyi məkanlara da səfərlərinin təşkili zəruridir.

14 mart 2022-ci il tarixdə növbəti tədbir Maştağa qəsəbəsində yerləşən 187 saylı tam orta məktəbdə keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlandı. Sonra isə I və II Qarabağ döyüşlərində şəhid olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra məktəbin direktoru Gülnarə xanım tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin gənc nəsil üçün əhəmiyyəti haqqında danışdı. O belə tədbirlərin gənc nəsil arasında vətənpərvərlik hissini yüksəltməsini, milli-mənəvi və maddi sərvətlərimizin qorunması istiqamətində vacibliyini bildirdi.

Eyni zamanda tədbirin təşkilatçısı, 187 saylı tam orta məktəbin tarix müəllimi Ruhəngiz Hacıyeva tədbirin əhəmiyyətindən danışaraq, şagirdlərin çox böyük həvəslə tədbir üçün slaydlar hazırladıqlarını, tarixi abidələr haqqında məlumatları toplamalarını bildirdi. Təşkilatın sədri, 313 saylı tam orta məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında ətraflı məlumat verdi. Tədbirə məktəbin 10-11-ci sinif şagirdləri çox aktiv hazırlaşmışdı. Tədbirin sonunda çıxış edən tarix üzrə fəlsəfə doktoru Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, dosent İdris Əliyev Bakinskiy və AMEA Folklor İnstitutunun elmi işçisi Vəfa Saleh şagirdlərin çıxışlarına öz fikirlərini bildirərək qeyd etdilər ki, şagirdlərin belə aktivliyi çox gözəldir. Qeyd edək ki, məhz belə tədbirlər uşaqları daha aktiv olmağa, kənar bilgiləri tez qavrayıb, üzərində işləmək imkanı yaradır. Sonda tədbirdə aktiv iştirak edən şagirdlərə diplomlar təqdim olundu.

FOTOLAR:

BAO.AZ

16.03.2022



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020
Aydın Mədətoğlu: Azər (Azərdüşt) Peyğəmbər
20:49 / 25-04-2020