“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə...44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə”layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verildi.
Təşkilat oktyabr ayında Bakı şəhərində iki orta məktəbdə 44 günlük zəfər tariximizə həsr olunmuş tədbir keçirmişdir. Təşkilatın sonuncu tədbiri 15 noyabr 2022-ci il tarixdə Goranboy rayonu, Milli Qəhrəman Sərxan Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbində8-9-cu sinif şagirdləri arasında 44 günlük Zəfər tariximizə həsr olunuş “Vətən mənə oğul desə...” mövzulu inşa müsabiqəsi ilə davam etdi. Təşkilat nümayəndələri sinif otağında olan şagirdlərə layihə haqqında məlumat verdikdən sonra, şagirdləri inşanın mövzusu və şərtləri ilə tanış etdilər.
İnşalar orta məktəbin müəllimləri və təşkilatın ekspertləri tərəfindən yoxlanıb qiymətləndirildikdən sonra tədbir məktəbin akt zalında davam etdi.
Bildirək ki, tədbirdə Goranboy rayon İcra Hakimiyətinin böyük məsləhətçisi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov, Gəncə-Daşkəsən Şəhər Təhsil İdarəsinin Goranboy sektorunun nümayəndəsi Bəxtiyar Qurbanov, Tatarlı kənd icra nümayəndəsi Fətullah Əzizov, Tatarlı kənd tam orta məktəinin direktoru Fuad Zamanov, Qarabağ savaşının Səfikürd kəndinin şəhidi Milli Qəhrəman Ocaqverdiyev Sərxan Surxay oğlunun anası Gülzar Ocaqverdiyeva, şəhid Səməd Fizuli oğlu Rzayevinanası Zərqələm Kazımova, Tatarlı kəndinin şəhidi Ələsov Əli Aydın oğlunun xanımı Mətanət Məhərova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, tarixçi Vəfa Şamilova, Tatarlı kəndinin Vətən müharibəsi iştirakcısı Xəyal Rüstəmov də iştirak edirdi.
Məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra isə məktəbinin direktoru Fuad Zabit oğlu Zamanov qonaqları salamlayaraq, tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirdi. Məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyalardaməktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər. Təşkilatın sədri Araz Şamilov layihə haqqında iştirakçılara geniş məlumat verərərək, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirəcəyini bildirdi.
Tədbirin sonunda təşkilatın sədri A. Şamilov inşa müsaiqəsinin qaliblərini səhnəyə dəvət etdi. Beləliklə, Goranboy rayonunun Tatarlı kənd tam orta məktəbində “Vətən mənə oğul desə...” mövzusu üzrə keçirilən inşa müsabiqəsinin qalibləri: Sərbiyə Yusifova I yer üzrə, Aydan Qurbanova, Eşqin Cəfərov II yer üzrə, Asəf Həsənov, Şəmsəddin Əmirov III yer üzrə seçildi. Qaliblərə mükafatlar verildikdən sonra inşa müsabiqəsində iştirak edən bütün iştirakçılara iştirakçı diplomu təqdim edildi. Eyni zamanda tədbirdə iştirak edən şəhid yaxınlarına və Vətən müharibəsi iştirakçısına da təşkilat tərəfindən diplom təqdim edildi. Məktəbin direktoru Fuad Zamanova fəal ictimai aktivliyinə görə təşkilat tərəfindən təşəkkürnamə verildi.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
“Tariximizə Sahib Çıxaq”
tarixi araşdırmalar və maarifləndirmə
İctimai Birliyinin sədri: Araz Şamilov
BAO.AZ.
FOTOLAR: