BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Elxan Şahinoğlu “Tehran Azərbaycanın inkişafından ehtiyatlandığı üçün İrəvanla əməkdaşlığa gedir”

14:55 / 21-06-2016   /   baxış - 1117

Son günlərdə İran və Ermənistan arasında ciddi yaxınlaşma müşahidə olunur. Bunun davamı olaraq, hər iki ölkə ikitərəfli qaydada viza rejimini srağagün rəsmən aradan qaldırıb. Erməni parlamentinin növbədənkənar iclasında bu barədə qərar qəbul edilib.

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, Tehranda Ermənistan və İran arasında imzalanmış anlaşma iki ölkə arasında viza rejiminin tam ləğvini nəzərdə tutur. Anlaşmaya görə, İran və Ermənistan vətəndaşları giriş vizası olmadan 180 günlük müddətdə 90 günədək digər ölkənin ərazisində qala bilərlər.

Hər iki ölkə arasındakı əməkdaşlıq təkcə bununla bitmir. Belə ki, İran və Ermənistan hökumətləri hərbi əməkdaşlıq sahəsində də bir-birilərinə doğru ciddi addımlar atırlar. Xüsusilə, bu hal aprel döyüşlərində Azərbaycan ordusunun ermənilərə vurduğu sarsıdıcı zərbələrdən sonra daha da güclənib. İran hakimiyyəti bir növ Azərbaycana İsraildən silahlar aldığı üçün bu yolla mesaj vermək istəyir. Çünki fars rejimi Azərbaycanın İsraildən silahlar almasının birmənalı əleyhinədir.

İran və Ermənistan arasında ikitərəfli viza rejiminin aradan qaldırılması Azərbaycanın İran və Türkiyəyə üzərindəki viza məhdudiyyətini götürməsini gündəmə gətirib. Əksər ekspertlər bildirirlər ki, bu məsələdə Azərbaycan düşmən ölkəni qabaqlamalı, qardaş dövlət və İrana qarşı tətbiq etdiyi viza qadağalarını aradan qaldırmalıdır. 

Politoloq Elxan Şahinoğlu İranın Ermənistanla yaxınlığının Azərbaycan tərəfdə çoxlu suallar yaratdığını bildirdi: “İran Azərbaycanla əməkdaşlıqdan faydalana bilər. Çünki ölkəmizin maliyyə imkanları var. Ermənistan isə kasıb ölkədir. Ortaq layihələrdə yükünü İrana yükləyəcək. İranın düşmən ölkə ilə yaxınlığı, viza rejimini aradan qaldırması, prezident Həsən Ruhaninin Ermənistana səfərinin planlaşdırılması ikibaşlı siyasətdən xəbər verir. İran faktiki Azərbaycanın inkişafından ehtiyatlandığı üçün Ermənistanla əməkdaşlığa gedir. Azərbaycanın siyasi dairələrdə belə ümidlər var idi ki, nəhayət, İran Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistana olan münasibətlərinə göz gəzdirə bilər. Amma bunlar baş vermədi. Yenə də İran Ermənistana dəstək verməkdə davam edir. Bu günlərdə İran səfirinin sözləri də məndə suallar yaratdı. Biz hər zaman deyirik ki, İran Fələstin torpaqlarının işğalına görə İsraillə düşməndir, amma Qarabağı işğal edən Ermənistanla dostluq edir. İran səfiri ilk dəfə dedi ki, Fələstin və Qarabağı qarışdırmaq düzgün deyil. Faktiki səfir üzümüzə dedi ki, ermənilər yəhudilər qədər müsəlmanlara əziyyət verməyiblər. Səfirin sözlərindən belə çıxdı ki, ermənilərin vəhşiliyini görməzlikdən gəlirlər. İranla Ermənistanın yaxınlığından narahat olsaq da, məsələyə bir qədər fərqli baxmalıyıq. Düşünürəm ki, viza məsələsində Ermənistanı qabaqlamalıyıq. Eyni gündə həm Türkiyə, həm də İran vətəndaşlarına tətbiq etdiyimiz vizanı aradan qaldırmalıyıq. İndi də gec deyil. İranla münasibətlərdə suallar olsa da, orada 30 milyondan çox azərbaycanlı yaşayır. İmkan yaratmalıyıq ki, onlar rahat şəkildə ölkəmizə gəlsinlər. Bu bizim maraqlarımıza da uyğundur. Çünki buradakı şəraiti görsələr, oradakı azərbaycanlılar İran rejiminə Ermənistanla münasibətlərində təsir edə bilərlər. Bu baxımdan vizanı ortadan qaldırmaq çox vacibdir. Amma bu paralel olmalıdır. Yəni Türkiyə vətəndaşları ilə bağlı da bu qərar verilməlidir. Bəziləri bunun təhlükəsizlik baxımından mənfi nəticələrinin ola biləcəyini düşünürlər. Amma hesab edirəm ki, Azərbaycana qarşı məkrli plan quranlar bunu vizasız da edə bilərlər”.

Politoloq İran və Ermənistan arasındakı hərbi əməkdaşlığın getdiyi yolun hara qədər olduğu barədə də proqnozunu verdi: “Ermənistanın İrandan silah almağa imkanı yoxdur. Olsaydı, dilənib Rusiyadan 200 min dollar istəməzdi. Burada söhbət kiçik növlü silahlardan gedir. Bunlar Azərbaycanı qıcıqlandırmaq üçündür ki, müsəlman, Azərbaycanla əməkdaşlığı olan bir ölkədən silah ala bilirik. Amma inanmıram ki, söhbət böyük bir kontraktdan gedir. İran bilir ki, Ermənistan aldığı silahların müqabilində maliyyə ödəməyəcək. Sadəcə, ölkəmizə qarşı bir təxribatdır. Azərbaycan da əslində İrandan silah alır. Bunu ilk dəfə prezident İlham Əliyevin dilindən Berlindəki çıxışında eşitdim. Prezident mətbuat konfransındakı çıxışında dedi ki, Ermənistan dilənib kreditlərlə silah alır, amma Azərbaycan Rusiya, İsrail, Türkiyə və İran kimi dövlətlərdən öz maliyyə imkanları ilə silahlar alır.

Bu dövlətləri bilirdim, amma doğrusu, İrandan silah aldığımızı ilk dəfə eşitdim. Burada qəbahət  yoxdur. Kimdən istəyiriksə, silahlar ala bilərik. Çünki pulumuz var. Ermənistan isə ya kreditlərlə, ya da aldığı borclar hesabına silahlar alırlar. Bu silahları bu şəkildə düşmən ölkəyə satanlar əslində onların zəifləməsini istəmirlər, bununla işğala da şərait yaradırlar. Ermənistan çalışır ki, Azərbaycandan silah məsələsində geri qalmasın. Amma bu mümkün deyil. Çünki ölkəmizin hər il milyardlarla silah almağa imkanları var. Demək hansısa mərhələdə maliyyə məsələsinə görə Ermənistan silah məsələsində bizə uduzacaq. Hərbiyə ayırdığımız maliyyə özünü cəbhə bölgəsində göstərməlidir. Necə ki, apreldə göstərdi”.

 

 

İstinad: Musavat.com



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020