BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT

12:04 / 12-02-2021   /   baxış - 1277

Tarixçi-alim Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub. Məsələ ilə əlaqədar müraciət qəbul olunub. Müraciətin məştni aşağıdakı kimidir:

MÜRACİƏT

Tarixçi-alim Dilavər Əzimli uzun müddətdir ki, xəstəxanda koronavirus (COVID-19) diaqnozu ilə müalicə olunur. Yanvar ayının əvvəlindən xəstəxanaya yerləşdirilən Dilavər müəllim səhhətinin pisləşməsi səbəbindən EKMO aparatına qoşulmuşdur. Son vaxtlar mətbuatda yayılan məlumatından bəlli olur ki, tarixçi-alimin səhhətində ciddi bir irəliləyiş yoxdur. Milli ideologiyanın daşıyıcılarından biri olan və elmi-pedaqoji fəaliyyətində xüsusi vətənpərvərlik baxışları ilə seçilən Dilavər müəllimin səhhətinin qənaətbəxş olmaması hamını, xüsusilə dərs dediyi tələbələrini narahat etməkdədir. Qeyd edək ki, fəaliyyət göstərdiyi dövr ərzində tarixçi-alim Dilavər Əzimli öz tələbələrinə, Azərbaycan gəncliyinə vətənpərvərlik ruhunu aşılamaqla yanaşı, Azərbaycanın gələcəyi üçün milli şüura malik gəncliyin yetişməsində əvəzsiz rol oynamışdır. Biz tələbələr üçün Dilavər müəllimin səhhətinin düzəlməsi, tam şəkildə sağalıb öz elmi-pedaqoji fəaliyyətini davam etdirməsi olduqca vacib məsələdir. Tarixçi-alim, dəyərli müəllimimiz Dilavər Əzimlinin bu narahatçılıq doğuran vəziyyətinin gəncləri, Dilavər müəllimin tələbələrini narahat etməsini nəzərə alaraq, müalicə olunduğu xəstəxananın həkim heyəti və tibbi personalından əllərindən gələni əsirgəməməyi xahiş edirik. Azərbaycan gəncliyinin nümayəndələri və Dilavər Əzimlinin tələbələri olaraq, mövcud tibbi şəraitdə ağır şərtlər altnda işləyən, fədakarlıq göstərən həkimlərimizə güvənir, tələbələrin sevimlisi əziz Dilavər müəllimin sağlamlığına qovuşmasını arzu edirik.

Müraciəti aşağıdakı tələbələr imzalayıb:

Anar Qarayev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Miribrahim Cabbarov

Azərbaycan Universiteti Humanitar Fənlər Fakültəsinin 3-cü kurs tələbəsi

İntiqam Səadətov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Bahar Rzayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Əfsun Günəşli

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Əli Məmmədli

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 3-cü kurs tələbəsi

Elbəy İmanov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 3-cü kurs tələbəsi

Bilal Yəhyayev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Ramiz Abışlı

Bakı Dövlət Universiteti Kimya Fakültəsinin məzunu, İstanbul Universitetinin Cərrahpaşa, Mühəndislik Fakültəsinin magistrantı

Murad Baxşıyev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Səkinə Həsənova

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

İsmayıl Osmanov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Yasəmən Sədiyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Ümid Əliyev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 4-cü kurs tələbəsi

Məhəmməd Hüseynov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Firudin Əbilhəsənli Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Anar Can Kıtay İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Tarix Bölməsinin 4-cü kurs tələbəsi.

İntiqam Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

 

BAO.AZ.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020
Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
22:04 / 20-10-2020