Tanınmış tarixçi alim Dilavər Əzimlinin vəziyyəti ağır-stabil olaraq qalır.
Bu barədə Kult.az-a açıqlamasında alimin həyat yoldaşı Arzu Qazıyeva deyib. O bildirib ki, Dilavər Əzimli uzun müddətdir EKMO (ECMO) cihazına qoşulub:
“Hələ ki, səhhətində bir irəliləyiş yoxdur. Reanimasiyadadır və EKMO (ECMO) aparatına qoşuludur. Ümidliyik ki, vəziyyəti yaxşılaşacaq.
Dilavər müəllimi EKMO-da (ECMO) uzunmüddətli yatma mərhələsinə keçiriblər. Bu o deməkdir ki, həkimlər ciyərlərində nə vaxtsa irəliləyiş olmasını gözləyirlər”.
Qeyd edək ki, koronavirusa yoluxan Dilavər Əzimli FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alır.