BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb

23:02 / 28-09-2021   /   baxış - 1596

27 sentyabr - İkinci Qarabağ Savaşı şəhidlərinin “Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulu bildiri yayıb. Sənədin mətni aşağıdakı kimidir:

 

İkinci Qarabağ Savaşı “Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun

BİLDİRİSİ

Azərbaycan Cumhuriyyətinin Cumhurbaşqanı Baş komandan İlham Əliyevin dahi rəhbərliyində, işğal olunmuş torpaqların böyük hissəsi ana vətənə geri qaytarılmışdır. İkinci Qarabağ savaşında, Azərbaycanın igid əsgərləri, gizirləri və zabitləri, 44 gündə 30 illik erməni işğalına və BMT-nin boş sərəncamlarına öz canını qurban edərək son qoymuşdur.

Bu Dövlət-Vətən savaşında şəhidlərimizə, yaralılarımıza və keçmiş 30 ildə erməni işğalına və cinayətkarlığına məruz qalan hər kəsə sayqılarımızı sunuruq.

Azərbaycanın hər zaman mübariz oğlu və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturuq.

Biz İran-Fars rejiminin Azərbaycan Cumhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin ağzından Azərbaycana qarşı uyqunsuz çıxışlarını şiddətlə qınayırıq.

Biz, Güney Azərbaycan Milli Hərəkatı təşkilatları olaraq, hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu qorumaq için hazırıq.

Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulu

1. Azadlıq Cəbhəsi (GAMAC)

3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

4. Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)

6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

7 Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

27.09.2021.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020
Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
22:04 / 20-10-2020