BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO-nun yaranması və fəaliyyəti

00:12 / 02-06-2018   /   baxış - 27529

Bütöv Azərbaycan Ocaqları (BAO) 2011-ci ilin noyabr ayında əsasən "Rəsulzadə-Elçibəy Ocağı"nın bazasında ictimai birlik kimi yaradılmışdır. “Rəsulzadə-Elçibəy Ocağı” 2000-ci ilin axırlarında millətçi Azərbaycan gəncləri tərəfindən yaradılmış və milli ideyaların, o cümlədən Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşğul olan dərnək xarakterli təşkilat olmuşdur. BAO-ya həmçinin 1990-2000-ci illərdə fəaliyyət göstərmiş millətçi gənclər təşkilatlarının (AXCP Gənclər Komitəsi, Bütöv Azərbaycan Birliyinin Gənclər təşkilatı-BAGT, “Savalan” məktəbi,  “Turan” Gənclər Təşkilatı və s.) fəalları və milli düşüncəli ziyalılar qoşulmuşdur.

Təşkilatınun ilkin təşəbbüs qrupu 2011-ci il, noyabrın 19-da Zahir Əlisoyun rəhbərliyi ilə 5 nəfərdən ibarət yaradılmış və təşkilatın adı “Böyük Azərbaycan Ocaqları” kimi müəyyən edilmişdir. Sonradan qrupa çoxsaylı fəalların qoşulması ilə sıraları genişlənmişdir.

2012-ci ilin yanvarında təşkilatın ilkin Nizamnamə layihəsi hazırlanmışdır. Nizamnamədə Azərbaycan türklərinin öz tarixi torpaqlarında milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulması təşkilatın məqsədi kimi qəbul olunmuş və təşkilatın bu yolda əsas maneə olan fars şovinizminə qarşı mübarizə apardığı qeyd olunmuşdur.

BAO-nun ilk rəsmi tədbiri 2012-ci il, yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində “Amerika-İran münasibətlərində Güney Azərbaycanın vəziyyəti” mövzuzunda keçirilən dəyirmi masa olmuşdur.

2012-ci ilin may ayından təşkilatın www.bao.az internet saytı fəaliyyət göstərir.

Təşəbbüs qrupunun 05.06.2012. tarixli toplantısında təşkilatın "Bütöv Azərbaycan Ocaqları" adlandırılması qəbul edilmişdir.

2012-ci ilin noyabrında təşəbbüs qrupu uzvlərindən 11 nəfərlik İdarə Heyəti (İH) yaradılmış, ilk iclası noyabrın 25-də keçirilmişdir.

2013-cü ilin noyabrından etibarın hər həftə elmi və siyasi mövzularda diskussiyaların keçirilməsinə start verilmişdir.

21.12.2013 tarixində BAO-nun Gənclər Təşkilatı (BAOGT) yaradılmışdır

2013-cü ilin axırlarında Dil və Tarix Qurumunun (DTQ) yaradılmasına başlanmış, 02.01.2014. tarixində onun yaradılması haqqında qərar verilmişdir..

2014-cü ilin əvvəlindən Mərkəzi Şuranın formalaşdırılmasına başlanmış, 31.05.2014. tarixində keçirilmiş Təsis Konfransında (Təsisi Konfransı səlahiyyətli Ümumi Yığıncaqda) İH üzvləri də daxil olaqla 30 nəfərlik Mərkəzi Şura yaradılmışdır. Sonradan bir nəfər də qəbul edilərək üzvlərin sayı 31 nəfərə çatdırılmışdır.

2014-cü ilin avqust ayından BAO TV (Bütöv Azərbaycan Ocaqları Televiziyası) “Youtube” kanalı fəaliyyət göstərir. 2018-ci ilin iyun ayından BAO TV-nin yeni – studiya formatında verilişləri fəaliyyətə başlamışdır.

2015-ci ilin may ayında BAO-nun Türkiyə təmsilçiliyi yaradılmışdır.

2015-ci ilin avqust ayında təşkilatın Məramnaməsi hazırlanmışdır.

2015-ci ilin oktyabr ayında Siyasi-Analitik Klub (SAK) yaradılmışdır

19 noyabr 2016-cı il tarixində BAO-nun I Qurultayı (Qurultay səlahiyyətli Ümumi Yığıncağı) keçirilmişdir. Qurultayda bəzi düzəlişlərlə təşkilatın NizamnaməMəramnaməsi qəbul edilmiş, 11 nəfərdən ibarət Mərkəzi Şura (MŞ), 5 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) formalaşdırılmış, Zahir Əlisoy növbəti müddət üçün yenidən BAO başqanı seçilmişdir.

2017-ci ilin yanvar ayında BAO-nun Türk Dünyasını Araşdırmalar Qurumu (TDAQ) yaradılmışdır.

13 aprel 2019-cu il tarixində BAO-nun təşkilatçılığı ilə Bakıda I Bütöv Azərbaycan Forumu keçirilmişdir.

2020-ci ilin aprel ayından etibarın COVİD-19 pandemiyası ilə əlaqədar olaraq BAO öz tədbirlərinin onlayn şəkildə keçirməyə başlamışdır.

31 yanvar 2021-ci il tarixində BAO-nun II Qurultayı (Qurultay səlahiyyətli Ümumi Yığıncağı) keçirilmişdir. Tədbir koronovirus pandemiyasına qarşı karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq onlayn şəkildə reallaşdırılmışdır. Qurultayda bəzi dəyişikliklərlə təşkilatın Nizamnamə və Məramnaməsi qəbul edilmiş, 11 nəfərdən ibarət Mərkəzi Şura (MŞ), 5 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) formalaşdırılmış, Zahir Əlisoy növbəti müddət üçün yenidən BAO başqanı seçilmişdir.

17 dekabr 2022-ci il tarixində BAO-nun təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirilmişdir. Tədbirdə BAO tərəfindən Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması təklifi irəli sürülmüşdür.

22 aprel 2022-ci il tarixində Bakıda BAO da daxil olmaqla 6 təşkilatdan ibarət Güney Azərbaycan Koordinasiya Mərkəzinin (GAKM) yaradıldığı elan edilmişdir.

BAO, fəaliyyəti dövründə 290-dan çox rəsmi və digər ictimai tədbirlər keçirmiş, 250-dən çox rəsmi sənəd qəbul etmiş, qərarverici orqanların 250-dən çox rəsmi toplantısı keçirilmişdir.

 

Səhifə sonuncu dəfə 29.08.2023 tarixində yenilənib.