BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əkbər Cahangiri Kəleybər məhkəməsinə çağırılıb

10:20 / 23-08-2017   /   baxış - 398

Azərbaycanlı milli-mədəni fəal, Əhər sakini Əkbər Cahangiri Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

Fəal çağırış vərəqəsini təhvil aldıqdan sonra 5 gün ərzində məhkəməyə müraciət etməlidir.

Əkbər Cahangiri iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasında (Bəzz qalası) keçirilən yığıncaqda iştirak etdiyinə görə, daha bir neçə fəalla birlikdə saxlanılmışdır. Fəallar döyülərək yaxalandıqdan sonra Təbriz İslam inqilabı Keşikçilər Korpusunun (“Sepah”) təcridxanası, sonra isə Əhər zindanına intiqal edilmişdir. 8 gün saxlandıqdan sonra Əhər zindanından zəmanətə buraxılan fəallar, sistemin əleyhinə təbliğ və ictimaiyyəti təşvişə salmaq ittihamı ilə üzləşib. Ə.Cahangiri həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022