Təbriz və Marağada etiraz aksiyaları keçirilib. Nümayişçilər Xameneyi əleyhinə şüarlar səsləndiriblər.
Oktyabrın 25-i İranın müxtəlif şəhərlərində və onlarla Universitetində etiraz nümayişləri davam edib.
Güney Azərbaycan şəhərlərində keçirilən aksiyalar xüsusilə Marağada daha geniş olub.
Marağalılar "ölüm olsun Xameneyiyə", "ölüm olsun diktatora" şüarları səsləndirib, şəhəri İsam Respublikasına aid simvollardan təmizləyiblər.
Təbrizdə keçirilən aksiyada isə oxşar şüarlar səsləndirilib, reklam banerlərinin üzərinə "ölüm olsun diktatora" şüarları yazıblar.
Gunaz.tv.