BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın

12:23 / 16-03-2023   /   baxış - 1485

Əslən Güney Azərbaycanın Həmədan mahalından olan və Norveçdə yaşayan Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi Avropa Parlamentində çıxış edib.

İbadi deyib ki, İranda etirazçıların məqsədi Tehran rejimini devirməkdir.

"İranda nümayişlər davam edir və etirazçıların məqsədi ölkə konstitusiyasının dəyişdirilməsi və hazırkı hakimiyyətin devrilməsidir. Bu rejim islah olunmazdır və biz dinin siyasətdən ayrı olduğu bir sistemin qurulmasını istəyirik",- Şirin İbadi bildirib.

Martın 15-də çıxış edən Nobel mükafatı laureatı Avropa Parlamentinin nümayəndələrindən SEPAH-ı terror təşkilatları siyahısına salmaqla İran xalqlarının yanında durmalarını istəyib.

O,bununla yanaşı bir daha İran vətəndaşlarının Tehran rejiminin nüvə proqramının və başqa ölkələrə müdaxilənin əleyhinə olduqların qeyd edib.

"Tarix kitablarınızda yazın ki, Tehran rejimi şagirdlərə belə rəhm etməyib və onları kimiyəvi qazlarla zəhərlədi",- deyə, hüquq müdafiəçisi İranda minlərlə məltəblinin zəhərlənməsi məsələsinin rejim tərəfindən törədildiyini söyləyib.

Şirin İbadi bölgədə sülh və sabitliyin yaranmasının yalnız Tehran rejiminin devrilməsindən sonra mümkün olacağını bildirib.

Gunaz.tv



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022
İranda 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verilib
13:31 / 24-10-2022