24 noyabr 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə yazıçı Mehriban Vəzirin “Gövhər Ağa Cavanşir” kitabının təqdimatı keçiriləcək.
Tədbirdə ziyalılar, yazarlar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər.
Hər bir şəxsin iştirakı arzu olunandır.
Tədbir saat 15:00-da başlayacaq.
Ünvan: Bakı şəhəri, Ələşrəf Əlizadə-31, birinci mərtəbə - BAO-nun qərargahı. (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı)
BAO İnformasiya Xidməti
21.11.2018.