BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərəb mənbələri Azərbaycan Sacilər dövləti və onun hüdudları haqqında

00:35 / 05-08-2017   /   baxış - 3214

Ramil Ağayev

Tarix üzrə fəlsəfə doktoru

AMEA Tarix İnstitutunun böyük elmi işçisi

 

IX əsrin II yarısında Ərəb xilafəti xeyli zəifləmiş və əyalət hakimlərinin müstəqilliyi artmışdı. Əyalət hakimlərinin müstəqillik meyllərinin güclənməsi xi-lafətin dağılması ilə nəticələndi. Abbasilər xilafətinin dağılması nəticəsində Azər-baycanda bir sıra yerli dövlətlər yarandı. Həmin dövlətlərdən biri də X əsrin əvvəl-ərində tarixi Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirən Sacilər dövləti idi.

Azərbaycan Sacilər dövlətinin yaranması real tarixi şəraitə və etnik-siyasi zəminə əsaslanırdı. Bu döləti yaradan Sacilər sülaləsinin (879-941) banisi məşhur türk sərkərdəsi Əbu Sac Divdad ibn Yusif ibn Divdast olmuşdur. O, Ərəb xilafə-tinin Bizansa qarşı apardığı müharibələrdə və Abbasilərə qarşı baş verən azadlıq hərəkatlarının yatırılmasında yaxından iştirak etmiş türk sərkərdələrindən biri idi. Əbu Sac Divdadın oğulları Məhəmməd ibn Əbu Sac və Yusif ibn Əbu Sac da Ab-basilər dövründə xilafətin görkəmli sərkərdələrindən sayılırdılar.

Sacilər dövlətinin tarixi bir sıra körkəmli tarixçilər tərəfindən araşdırılmış və

tədqiqat əsərləri yazılmışdır. Belə tədqiqat əsərləri sırasında ilk növbədə M.X. Şərifli (1), Z.M.Bünyadov (2), N.M.Vəlixanlı (3) kimi tarixçilərin əsərləri qeyd edilməlidir. Həmin tədqiqatçıların hamısı Sacilər dövlətini Azərbaycan ərazisində yaranmış dövlət hesab edirlər. Bununla belə Sacilər dövlətinin məhz Azərbaycan dövləti olmasını sübut edən daha tutarlı faktlara ehtiyac vardır. Məsələ bura-sındadır ki, tariximizin bir sıra başqa problemləri kimi, Sacilər dövlətinin tarixi mənbələrdə rəsmən Azərbaycan dövləti adlanmasına şühbə ilə yanaşmaq cəhdləri vardır. Bu cəhdlərə daha çox İran tarixçilərinin əsərlərində rast gəlinir. Ona görə də Sacilər dövlətinin  məhz “Azərbaycan dövləti”, onun  hökmdarlarının isə “Azərbaycan hökmdarları” adlanması haqqında bir sıra tarixi qaynaqlarda rast gəlinən konkret faktları üzə çıxarmaq və geniş elmi ictimaiyyətə çatdırmaq olduqca zəruridir.

Azərbaycan tarixinin VII-X əsrlərlə bağlı olmuş müxtəlif məsələlərinin, o cümlədən, Sacilər sülaləsinin və dövlətinin tarixinin öyrənilməsi üçün ərəb dilində yazılmış tarixi və coğrafi əsərlərin müstəsna əhəmiyyəti vardır. Belə ilkin qay-naqlar sırasında ət-Təbərinin (4), Arib  ibn əl-Kurtubinin, Cəmaləddin əl-Əzdinin, Əl-Məsudinin (5), Əl-İstəxrinin (6), İbn Hövqəlin (7),  İbn Miskəveyhin (8), İbn əl-Əsrin (9), eləcə ərəb dilində mükəmməl əsər yazan XVII əsr türk tarixçisi Münəccimbaşının əsərlərini xüsusilə, qeyd etmək lazımdır. Sacilər dövlətinin  tarixinə, xüsusilə Yusif ibn Əbu Cacın fəaliyyətinə aid zəngin materialların olduğu Arib ibn əl-Kurtubinin, Cəmaləddin əl-Əzdinin əsərlərindən birbaşa istifadə etmək imkanı olmadığına görə həmin əsərlərdən istifadə etmiş Z.M.Bünyadovun və M.X.Şəriflinin əsərlərində verilən məlumatlara müraciət edilmişdir.

Sacilər sülaləsi haqqında məlumata ilk dəfə ət- Təbərinin əsərində rast gə-lirik (2, 197). Həmin əsərin 3-cü hissəsində  sülalənin banisi Əbu Sacın adı hicri 222-ci ildə (837) Babəkə qarşı döyüşənlər sırasında çəkilir (4, 1222). O, 226-cı ildə (879) öldükdən sonra onun övladları Məhəmməd ibn Əbu Sac və Yusif ibn Əbu Sacın dövründə bu sülalənin nüfuzu daha da artdı. Artıq IX əsrin sonlarında Məhəmməd ibn Əbu Sacın adına pullar kəsilirdi. Onun adına 285 (898)-ci və 287 (900)-ci illərdə kəsilən sikkələr məlumdur (10, 26; 11, 303; 2, 201). Bununla belə o, Xilafət xəzinəsinə xərac göndərirdi. Onunla Xəlifə srayı arasında qohumluq əlaqələri də var idi (5, 608). Lakin onun qardaşı Yusif  ibn Əbu Sac 912-ci ildən başlayarq həmin xəracın verilməsini dayandırdı.

X əsrin əvvəllərində Zəncənan Dərbəndə qədər, demək olar ki, bütün tarixi Azərbaycan torpaqları Sacilər dövlətini tərkibinə daxil idi. Bu dövlətin paytaxtı Azərbaycan şəhərləri - əvvəlcə Marağa, sonra isə Ərdəbil olmuşdur.  Yusif ibn Əbu Sacın dövürndə Sacilər dövləti qərbdə Ani və Dvin şəhərlərindən, şərqdə Xəzər dənizinədək, cənubda Zəncəndan, şimalda Dərbənd şəhərinədək uzanan çox böyük ərazi tutmuş bir dövlət oldu (2, 205; 12, 35;). Mənbələr onu məhz Azərbaycan dövlətini hökmdarı adlandırır və onun hakimiyəti altında olan əraziləri sadalayırlar. Həmin mənbələr bu zaman Yusif ibn Əbu Sacın hakimiyyəti altında olan Azərbaycan ərazisi və onun hüdudalrı haqqında qiymətli məlumatlar verirlər. Mənbələrdə verilən bir sıra coğrafi faktlar da (Qafqaz dağları, Kür və Araz çayları, Urmiya gölü, Muğan, Şirvan və Arran vilayətləri) Azərbaycan ölkəsi, onun ərazisi  və hüdudları haqqında daha müfəssəl fikirlər söyləməyə imkan verir.

Ərəb coğrafi ədəbiyyatının görkəmli nümayəndələrindən olan İbn Hövqəl özünün “Kiab surət al-ard” (“Yerin təsviri kitabı”) adlı əsərində Sacilr dövlətinin milli mənsubiyyəti, yəni onun məhz Azərbaycan dövləti olması və bu dövlətin əsasını təşkil edən Azərbaycan ölkəsinin hüdudları haqqında ətraflı məlumat verir.

Müəllif, “Ərməniyyə, Azərbaycan və Arran” adlı paraqrafda Azərbaycan dövlətçiliyi ilə bağlı olan çox mühüm məlumat verir: فلنرجع الى حد بلد الروم غربآ فنصف ما صاقبها الى آخر الأسلام فى حد المشرق، والذى أبتدى به ارمنيه والران واذربيجان و قد جعلتها اقليمآ واحدآ لأنها مملكة انسان واحد فيما شاهدته سائر عمرى و ما نقلت الأخبار به لمن تقدمنى كا بن أبى الساج و مفلح غلامه و ديسم ابن شاذلويه و المرزبان بن محمد المروف بالسلار انفآ و سالفآ لمثل الفضل ابن يحيى و عبد الله بن مالك الخزاعى و غيرهما.

Tərcməsi:  “İndi də biz qərbə doğru Rum ölkəsinin sərhədlərinə qayıdaq, onun şərq sərhədlərində və qonşuluğunda olan İslam ucqarlarını təsvir edək. Onun təsvirinə Ərminiyyə, Arran və Azərbaycan ölkələrindən başlayıram. Mən onlara vahid iqlim kimi yanaşıram. Çünki mənim gördüyümə görə bu iqlim bir şəxsin hakimiyyəti altındadır. Əldə edilmiş məlumatlara əsasən, son zamanlarda İbn Əbu Sac, onun qulamı Müflih, Deysəm ibn Şədluye və Salar kimi tanınmış Mərzban ibn Məhəmməd  kimiləri orada hakimiyyətdə olmuşlar. Keçmişdə isə Fəzl ibn Yəhya, Abdullah ibn Malik əl-Xəzai və başqaları oranın hakimi olmuşlar (7, 331).

İbn Hövqəl öz əsərində iqlimin xəritəsini də təqdim etmişdir (xəritə 1).

Əl-İstəxri də Azərbaycan, Arran və Ərminiyyədən bir şəxsin hakimiyyəti altında olan vahid iqlim kimi bəhs etmişdir (6, 108)

İbn Hövqəlin təqdim etdiyi məlumatda diqqəti cəlb edən əsas məqam “Bu iqlim bir şəxsin hakimiyyəti altındadır” ifadəsini işlətməsidir. Çünki burada söhbət xəlifəyə tabe olan yerli hakimdən (vali və yaxud əmirdən) deyil, böyük bir ərazidə hakimiyyətə malik olan hökmdardan gedir. Burada İbn Əbu Sac deyildikdə Yusif ibn Əbu Sac nəzərdə tutulur. O, 927-ci ilədək  hakimiyyətdə olmuşdur. İbn əl-Əsrin verdiyi məlumata görə yuxarıda adı çəkilən Müflih Yusif ibn Əbu Sacın əmirlərindən biri idi (9, 80). O, Sacilər dövlətini 931-932-ci illərdə idarə etmişdir. Məhz həmin illərdə Azərbaycanda onun adına pullar kəsilmişdir (11, 303). Qeyd etmək lazımdır ki, 927-ci ilədək pullar Yusifin adına kəsilməsinə baxmayaraq, onun özü 919-922-ci illərdə Azərbaycanda deyildi. Çünki o, 307/919-cu ildə xəli-fəni sərkərdəsi Munis tərəfindən məğlub edilmiş və əsir alınaraq Bağdada aparıl-mışdı. Bu epizod bir sıra əsərlərdə o cümlədən, İbn Miskəveyhin (8, 147) və Əl-Məsudinin əsərlərində də öz əksini tapmışdır (5, 639).  Lakin bu Sacilərin Azərbaycanda hakimiyyətinin sonu demək deyildi. Belə ki, bu zaman dövləti onun adından Yusif ibn Əbu Sacın sədaqətli sərkərdələrindən biri olan Subuk  idarə etməyə başladı. Nəticə etibarı ilə xəlifə əl-Müqtədir Yusifi azad etməli oldu və o, 310/922-ci ildə Azərbaycana qayıtdı. O, 315/927-ci ildə qərmətilərə qarşı döyüş-lərdə əsir düşdü və öldürüldü.

Deysəm ibn Şədluye (bu ad mənbələrdə Sədluye və Bədluye şəklində də təqdim olunur) isə Yusif ibn Əbu Sacın digər əmirlərindən biri olmuşdur. Onunla Müflih arasındakı mübarizə sonuncunu qələbəsi ilə başa çatmışdır. Münəccim-başının yazdığına görə, Müflih Şirvana qaçmağa məcbur olmuşdur (1, 113; 13, 85-86). İbn Hövqəlin əsərində adı çəkilən Müflihin Yusif ibn Əbu Sacın qulamı oldu-ğunu və hakimiyyətə gəlməsini Arib əl-Kurtubi, Cəmaləddin əl-Əzdi (2, 212), İbn əl-Əsir (9, 173) və Münəccimbaşı (1, 113)  da təsdiq edirlər. Deysəm ibn Şədluye-nin adına kəsilən pullar onun 326/938-ci ildə hakimiyyətə gəldiyini sübut edir( 14, 1437).  Beləliklə, Yusifdən sonra Sacilər dövlətinin sülalənin nümayəndələri deyil, onun qulamları idarə etmişlər. İbn Hövqəl bu qulamlardan yalnız ikisinin (Müflih və Deysəm ibn Şədluye) adını çəkir. Subukun adına isə İbn Miskəveyhin (2, 174-175 ), Əl-Məsudinin (5, ), İbn əl Əsirin (9, 76), Cəmaləddin əl-Əzdinin (2, 209) əsərlərində rast gəlirik. Bəzi mənbələrə görə Müflihdən əvvəl Yusif ibn Əbu Sacın qardaşı oğlu Əbu Müsafir Fəth ibn Məhəmməd və onun qulamı Vasif əs-Sirvani hakimiyyətdə olmuşlar. İbn Hövqələ görə Salarilər sülaləsinin əsasını qoyan Mərzban ibn Məhəmmədin özü də Yusif ibn Əbu Sacın qulamlarından biri olmuşdur və Müflihə qarşı mübarizədə Deysəm ibn Şədluyeni müdafiə etsə də az sonra onu da taxtdan salaraq hakimiyyəti ələ keçirmişdir. O, Salari hökmdarından da “Azərbaycan hökmdarı” kimi bəhs edir.

İbn Hövqəl bir qədər sonra öz fikirini daha da dəqiqləşdirərək həmin hökmdarların məhz “Azərbaycan  hökmdarları” olduğuna” işarə edir. Zənimizcə, bu, həmin dövrün Azərbaycan dövlətçiliyi ilə bağlı olan çox mühüm faktdır. Yəni, biz həmin dövlətləri yalnız tarixi corafiyaya, tarixi məntiqə əsaslanmaqla deyil, gerçək faktlara istinad etməklə “Azərbaycan dövlətləri” adlandıra bilərik. Müəllif yazır ki, Qafqaz dağlarında və ətraf ərazilərdə xırda hökmdarlar vardır. O, bu fik-rini aşağıdakı sözlərlə davam etdirir: وكان أكسر هؤلأ الملوك عليهم كالضرائب القائمة واللوازم تحمل فى كل سنة  الى ملوك أذربيجان.

Tərcüməsi: “Bu hökmdarların əksəriyyəti hər il Azərbaycan hökmdarlarına müəyyən miqdarda daimi vergi və digər ləvazimatlar aparırlar” (7, 348).

Yuxarıda göstərilən fakt Azərbaycan Sacilər dövlətinin hökmdarlarının  qüdrətindən və öz hakimiyyətlərini geniş bir əraziyə yaymalarından xəbər verir.

Ibn Hövqəl başqa bir yerdə “qızılboya” adlı bitkidən bəhs edrək yazır: و هذه الفؤة فى جميع بلد الران من حد باب الأبواب الى تفليس و قرب نهر الرس الى نواحى خزران وهى مملكة تحت يد صاحب اذربيجان.                                                  .

Tərcüməsi: “Bu qızılboya (boyaqotu) Bab əl-Əbvab hüdudlarıdan Tiflisədək bütün Arran ölkəsində, ər-Rass çayı yaxınlığından Xəzərlərin nahiyələrinədək Azərbay-can hökmdarının hakimiyyəti altında olan bütün ərazilərdə vardır” (7, 347).

Göründüyü kimi, müəllif Azərbaycan dövlətinin hüdudlarının şimalda Dərbəndədək, qərbdə Tiflisədək uzandığını qeyd etmişdir.

İbn Hövqəl əsərinin “Xəzər dənizi” adlanan paraqrafında Azərbaycan ölkəsi  və onun hüdudları ilə bağlı olan dəyərli məlumat verir. Belə ki, o  Xəzər dənizinin ətrafındakı ölkələri şimaldan cənuba doğru təsvir edərkən Arran və Şirvan ərazilərinin məhz Azərbaycanın tərkibində olduğuna işarə edir. Müəllifin təsvirinə diqqət yetirək:و كتب موازيأ لساحل البحر الأعلى الغزية ثم يلى ذلك موازيأ للساحل الخزر ثم اذربيجان ثم الجيل ثم طبرستان.

Tərcüməsi: “Dənizin yuxarı hissəsində sahilboyu “əl-quziyyə” yazılmışdır, onun ardınca isə sahilboyu əl-Xəzər, Azərbaycan, Cil, Təbəristan gəlir (7, 386).

 

Xəritəyə diqqətlə baxdıqda (xəritə 2) məlum olur ki, Dərbəndə qədər Xəzər ölkəsini sərhədləri, Dərbənddən Cilin (Gilanın) sərhəddindəki Simranadək isə Azərbaycan ölkəsinin sərhədləri uzanır. Bu xəritədə Bab əl-Əbvab (Dərbənd), Kür və Araz çayları, Muğan ərazisi məhz Azərbaycanın tərkibində göstərilmişdir.

İbn Hövqəl bu iqlimə daxil olan üç ərazidən ən mükəmməlinin Azərbaycan olduğunu da xüsusilə,  qeyd etmişdir:   و أكمل هذه النواحى اذربيجان

Tərcüməsi: “Bu nahiyələrdən ən mükəmməli Azərbaycandır” (7, 334).

İbn Hövqəlin əsərinin bəhs edilən iqlimlə bağlı olan hissəsini diqqətlə oxuduqda belə bir qənaətə gəlmək olar ki, müəllif bəhs edilən paraqarafın adının “Ərminiyyə, Azərbaycan və Arran” adlandığını sanki unutmuş və bütün iqlimdən yalnız Azərbaycan kimi bəhs etmişdir. Beləliklə, Sacilərin hökmranlığı dövründə bütün Azərbaycan torpaqları vahid bir dövlətdə birləşdirilmişdi.

İrəli sürdüyümüz fikirlərin doğruluğuna tam əmin olmaq üçün İbn Hövqəlin əsərinin birinci hissəsindəki “Dünya atlası” adlanan birinci paraqrafa müraciət edək. Müəllif burada bir sıra ölkələrin təsvirini verdikdən sonra qeyd edir:ثم تلوتها بصورة اذربيجان و شكلت ما فيها من الجبال و الطرق و الآنهار العذبة كا لرس و الكر الى أن رسمت بحيرة خلاط و بحيرت كبوذان و كلتاهما غيرمتصلتين بشى من البحار و أثبت فيها جبل القبق.

Tərcüməsi: “Sonra Azərbaycanın xəritəsini dərc etdim, oradakı dağları, yolları, Kür və Araz kimi şirin sulu çayları, həmçinin Xilat və Kəbuzan göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç biri dənizlə birləşmir, elə oradaca mən Qabq dağını göstərdim.” (7, 7).

Göründüyü kimi, İbn Hövqəl, Azərbaycan hüdudlarını faktiki olaraq müasir dövrdə olduğu kimi təsvir edir (xəritə 3). Onun şimal sərhədlərini Qafqaz dağları, qərb sərhədlərini isə Van gölünün hüdudları ilə əlaqələndirir. İbn Hövqəlin sələfi Əl-İstəxri də Azərbaycanın hüdudları ilə bağlı məlumat vermişdir. Lakin o, daha irəli gedərək onun sərhədlərinin cənubda Taroma, Dinəvərə, Zəncana qədər uzandığını, qərbdə isə Dəclə çayının sahillərinə çatdığını göstərmişdir (6, 112). IX-X əsrlərdə yaşamış bəzi müəlliflər öz əsərlərində “Arran” məfhumundan ümumiyyətlə, istifadə etməmiş,  yalnız “Azərbaycan” coğrafi anlayışı ilə kifayətlənmişlər. Məsələn, Əd-Dinəvəri şimaldan gələn xəzərlərin Arrana deyil, Azərbaycana daxil olduqlarını qeyd edir (15, 79). Ət-Təbərinin əsərində də biz bu hala dəfələrlə rast gəlirik. O, dəfələrlə qeyd edir ki, şimaldan hərəkət edən xəzərlər Bab əl-Əbvabdan (Dərbənddən) Azərbaycana (Arrana deyil) daxil olurdular.

X əsrdən sonra yaşamış  bir sıra müəlliflərin əsərlərində də Azərbaycanın şimal sərhədlərinin Dərbəndə (Dərbənd şəhəri də daxil olmaqla) qədər uzandığı göstərilmişdir (16, 88-118 ).

Ərb müəllifləri  öz əsərlərində Sacilər dövründə mövcud olan Azərbaycan dövlət idarəçiliyi haqqında da bəzi məlumatlar verirlər. İlk növbədə qeyd etmək lazımdır ki, ərəb müəlliflərinin adlarını çəkdiyi Azərbaycan şəhərlərin bir çoxu siyasi-inzibati mərkəzlər olmuşdur. Ərdəbildən bəhs edən müəlliflər burada hökmdar sarayının, hərbi düşərgənin və dövlət divanlarının yerləşdiyini qeyd edir-lər (6, 108; 7, 334). Lakin onlar  göstərirlər ki, hökmdar sarayı, divan, xəzinə əvvəl Marağa şəhərində olmuş və Əbülqasim Yusif ibn Əbu Sac onları Ərdəbilə kö-çürmüşdür (7, 335). İbn Hövqəl və Əl-İstəxri qeyd edirlər ki, Bərdədə gözəl və geniş cümə məscidi vardır. Əməvilər dövründə xilafət xəzinəsi Misirdə saxla-nıldığı kimi, burada da nahiyyənin xəzinəsi (beyt ül-mal) Bərdədəki cümə məsci-dində saxlanılırdı (7, 338-339). Ümumiyyətlə, iqlimdə  “beyt ül-malın” saxlanıldığı  və “dar ül-imarətin” yerləşdiyi 3 şəhər var idi. Bərdə və Ərdəbillə yanaşı Dəbil də həmin şəhərlər sırasında idi (6, 110; 7, 342).

Ərdəbil şəhərindən bəhs edən müəlliflər binaların gildən və bişmiş kərpicdən inşa edildiyini, bir sıra digər şəhərlər kimi, bu şəhərin də ətrafında möhkəm  qala divarlarının olduğunu yazırlar.   Lakin 331/941-ci ildə Mərzban ibn Məhəmmədin əmri ilə onun qala divarları dağıdılmışdır (7, 334). Həmin dövrdə Maraga şəhərinin də möhkəm qala divarları olmuşdur. Həmin qala divarları isə Yusif ibn Əbu Sac tərəfindən dağıdılmışdır (6, 108; 7, 335). Onun dağıdılması səbəbini izah etməyə çalışan müəlliflər dəqiq məlumat verməmiş və yalnız “onun dağıdılması hadisəsi Mərzban ibn Məməmməd tərəfindən Ərdəbil divarlarının dağıdılması kimidir” yazmaqla kifayətlənmişlər (6, 108;  7, 335).

Ərəbdilli müəlliflər Azərbaycanın ayrı-ayrı şəhərlərindən bəhs edərkən həmin bölgələrdə bir çox “axar suların və kiçik çayların” olduğunu qeyd edirlər. Lakin onlar, Azərbaycanda olan böyük  çaylardan üçünü – Kür (əl-Kür), Araz (ər-Ras və ya Rass) və Səfidrud (Səbidrud) çaylarını xüsusilə, qeyd edirlər. Onlar bu çaylardan yalnız Kürün və Arazın gəmiçilik üçün yararlı olduğunu göstərirlər (7, 345). Müəlliflər Kür çayını böyüklüyünə görə Kiçik Zab və Ceyhan çayları ilə müqayisə edirlər. İbn Hövqəl bildirir ki, Araz çayı suyunun bolluğuna görə Kür çayı ilə eynidir. O, yazır ki, Səfidrud çayı Ərdəbillə Zəncan arasındadır və gəmi-çilik üçün yararlı deyil, kiçikdir (7, 345). Bütün ərbəb coğrafiyaçıları həmin çayların suyunun şirin və içməli olduğunu və hər iki çayın Xəzər dənizinə tökül-düyünü qeyd edirlər. Lakin eyni zamanda Arazın Varsan qapılarına çatdıqdan son-ra iki qola bölündüyünü və onlardan birinin Kürə qovuşduğunu, digərinin isə dənizə töküldüyünü bildirirlər. Araz çayı ilə bağlı daha mükəmməl məlumata İbn Hövqəlin əsərində rast gəlirik. O, Azərbaycan ərazisindən axan Araz çayının “Qurani-Kərimin” 25-ci surəsi olan “Furqan” surəsinin 38-ci və 39-cu ayələrində adı çəkilən “həmin Rass çayı” olduğunu qətiyyətlə qeyd edir: “Bu həmin Rassdır ki,  Allah-taala onun xalqı barəsində nələr etdiyini xatırlatmışdır. Əgər hər bir kəs bu əraziyə diqqət yetirsə, Varsan şəhərindən keçərkən çayın hər iki sahili ilə aşağı-yuxarı qalxsa, onun üzərində dağılmış – onlardan bəziləri xarabalıqlardır – altı üstünə çevrilmiş  şəhərlərin izlərini görə bilər. Bu da Allah-taalanın “Biz Ad, Səmud və Rass əhlini və onların arasında olan bir çox nəsilləri (məhv etdik) və onların hər birinə ibrət olsun deyə misallar çəkdik, (sonra) onları yerli-dibli yox etdik” (17, 363 ) sözlərini təsdiq edir” (7, 345). “Qurani Kərimin” 50-ci surəsi olan “Qaf” surəsinin 12-ci ayəsində də “Araz əhlinin” (ألرسأصحاب ( məhv edilməsindən bəhs olunmuşdur (17, 518). “Araz əhli” (əshab ər-Rass) ilə bağlı oxşar fikrlərə əl-Məsudinin əsərində də rast gəlinir (5, 156).

İbn Hövqəl Azərbaycanda olan göllər arasında Urmiyanı xüsusilə qeyd edir və onun “Kəbudan” (Kəbuzan) gölü kimi tanındığını göstərir. Lakin onun sələfi əl-İstəxri bu gölü məhz “Urmiya”  adlandırmışdır (6, 111). Ümumiyyətlə, həmin gölün adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir sıra müəlliflər bu gölün suyunun duzlu olduğunu, burada heç bir  canlının yaşamadığnı, lakin gəmilərin üzdüyünü qeyd edirlər.

Ərəbdilli müəlliflər Azərbaycanda olan dağlardan bəhs edərkən Qabq (Qafqaz), Əhər və Savalan dağlarının adlarını qeyd edir. Bundan başqa onlar Ərminiyyədən bəhs edərkən əl-Haris və Hüveyrs dağlarının adlarını da çəkirlər.

Beləliklə, IX-X əsrlərdə yaşamış bir sıra məşhur ərəbdilli müəlliflərin əsəriləri Azərbaycan tarixinin Ərəb Xilafəti və Sacilər dövrünün öyrənilməsi üçün ən mühüm mənbələrdəndir. Gələcəkdə bu əsərlərinin tədqiqatının davam etdiril-məsi yeni faktların meydana çıxmasına və bununla da Azərbaycan tarixinin bəhs edilən dövrünün daha dərindən öyrənilməsinə imkan verə bilər.

Xəritələr:

 

İstifadə olunmuş mənbələr və ədəbiyyat

1. Şərifli M. X. IX əsrin II yarısı – XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı: Elm, 1978, 334 s.

2. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Elm, 1989, 334 s.

3. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan

haqqında. Bakı: Elm, 1974, 220 s.

4.  الطبري. تاريخ الرسل و الملوك. أثنا عشر جزءا. الجز الثالث. القاهرة. المطبعة الحسينية.

5.   ال مسعدي. مروج الذهب. الطبعة الاولى بالمطبعة اللزهرية. سنة 1303 لهجوة.

6.المسالك و الممالك، تأليف ابى اسهق ابراهيم بن محمد الفارسى الآصطخرى القاهرة .1381

.7        كتاب صورة الآرض، تاليف ابى القسيم ابن حوقل النصيبى الطبعة الثانية . القسم الآول و القسم السانية. طبع فى  مدينة  ليدن بمطبعة بريل سنة 1967.

8. ابن مسكويه. تاجارب الامم. اكسفرد، 1921

9. ابن الاثير.  الكامل في التاريخ. اثنا عشر جزءا. الجزالثامين. ليدن 1876-1881.

10. Фасмер Р.Р. О монетах Саджидов. Изв. Об-ва изучения Азербайджана.

№ 5. Баку, 1927.

11. Марков А. Инвентарный каталог мусульманских монет Императорского

Эрмитажа. СПб. 1896.

12. Бартольд В. В. Место прикаспийских областей в историй мусульманского

мира. Баку. 1923.

13. Минорский В. Ф. История Ширвана и Дербенда X-XI веков.М.1963.

14. Быков А. А. Дайсам Ибн ал-Курди и его монеты. «Эпиграфика Востока».

Том  Х, М. 1955.

15.     الأخبار الطوال، تأليف ابى حنيفة أحمد بن داود الذينورى. الطبعة الأول. القاهرة.1960

16. Историческая география Азербайджана. Баку. 1987

17. القران الكريم.  سورة الفرقان. ايات 39-38. سورة  ق. اية 12. قم .1386



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019