BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İrəvan qədim türk torpağıdır

14:02 / 06-05-2017   /   baxış - 2334

Hüseyn Əlili

Bakı Atatürk liseyinin 8A sinif şagirdi

 

İrəvan tarixən qədim türk torpağıdır.Əsrlər boyu həmin ərazini  türk olan Qacarlar idarə etmişlər .Ancaq ermənilər cürbəcür iddialar uydurur,İrəvanın qədim erməni torpağı olması iddiasını irəli sürürdülər.Ancaq bəzi ermənilər isə İrəvanın ermənilərə yox,məhz türklərə aid olduğunu açıq-aşkar yazmışdır.Onlardan biri erməni tarixçisi A.İoannisyandır.O belə yazmışdır.”Mənbələrin məlumatına görə XVII əsrdə ermənilər İrəvanda əhalinin cüzi bir hissəsini,azərbaycan türkləri isə böyük əksəryyətini təşkil edirdi.”

Ermənilər türk torpaqlarının özlərinə aid olduğunu irəli sürsələr də,özləri türkcə danışırdı.Məsələn: Erməni yazıçısı Xaçatur Abovyan yazıb.”Türk dili bizdə o qədər yayılmışdır ki,bu dili hətda qadınlar və uşaqlar belə başa düşürlər.Türk dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki,öz dilini buraxıb mahnı,nağıl,zərb məsəllərini türkcə deyir.”

Ermənilər tək başına heç zaman dövlət qura bilməzdilər.Bunun üçün başqalarının qapısını çalmalı,onlardan yardım diləməli idilər.Ermənilərin istəkləri,rusların siyasi planlarına uyğun gədiyi üçün ermənilərə kömək etməyə başladılar.Ermənilər rusları rahat şəkildə özlərinə tərəf çəkmədi.Bunun üçün ruslara çoxlu dəyərli hədiyyələr verirdilər.Məsələn: 1660-cı il avqustun 28-də ermənilər rus çarı Aleksey Mixayloviçə “Almaz Taxt” hədiyyə etmişdilər.Bu almaz taxt üzərində 987 almaz,1298 yaqut və 18030 şərq firuzə dənəsi var idi.

Dövlət varsa,paytaxt da olmalıdır.Bunun üçün ermənilər,İrəvanı özlərinə hələ II Yekaterina dönəmidə paytaxt seçmişdilər.Bu hadisə belə olmuşdu.Patyomkin Yekaterina ilə görüşüb ermənilərin məram və məqsədini ona çatdırdı.O,qeyd etdi ki,mən Suvorovu çağırtdırmışam.Onunla birlikdə müşavirə keçirəcəyik.Erməni Lazarevlə Arqutinski də gələcəklər.Onlar İrəvanı özlərinə paytaxt seçiblər.Biz bu məsələni müzakirə edəcəyik.Bu söhbətin əsnasında Yekaterina soruşdu:

- Ölkə olmayandan sonra paytaxt nə fayda?

- İndi yoxdur,bizdən sonra olar! - Patyomkin cavab verdi. (V.Pikul,”Oynaş”,II cild,səh 143.Riqa,”Liyesma” nəşriyyatı,1985.)

1796-cı ildə II Yekaterinanın generalı Valerian Zubov Azərbaycana yürüşə başladı.O,xanlıqların Rusiyaya tabe olmasını tələb etmişdi.Ancaq II Yekaterinanın qəflətən ölümü rusları Azərbaycan torpaqlarından çəkilməyə vadar etdi.

1803-1804- cü illərdə Gəncə və Car-Balakən ruslar tərəfindən işğal olundu.Sisianov,1804-cü ilin mayında İrəvan xanı Məhəmməd Xanın qarşısına bu tələbləri qoydu:

1- İrəvan qalasının rus qoşunları tərəfindən tutulmasına yol versin.Özü orada yaşamaq istəməsə,kənar bir yerdə məskun ola bilər.

2- Rusiya imperatorunu özünün hökmdarı hesab etməli və ona sədaqətli olacağına and içməlidir.

3- Xan ildə 80.000 manat bac verməlidir.Bu məbləğin bir hissəsi Novruzun ikinci günü,ikinci hissəsi isə iyul ayından sonra ödənilməlidir.

4- Xan bütün bu şərtləri qəbul etdiyi təqdirdə öz xanlığında saxlanılır,imperator ona xanlıq barəsində fərman verərək,Qacarlar ərazisində girov sifəti ilə saxlanılan xanın ailə üzvlərini İrəvana gətirəcəkdir.

İrəvanda,Fətəli Şahın 15 minlik qoşunu qarşısında Sisianov məğlub oldu.Ordusunu geri çəkdi.Bu məğlubiyyəti Sisianov imperatora məktubunda belə bildirir.”Özümə baxanda ürəyim ağrıyır.Mənim 30 illik xidmətim ərzində ilk dəfədir ki,mühasirəyə alınmış şəhəri fəth etmədən qoşunları geri çəkdim.”

General-Feldmarşal Qudoviç 1808-ci ildə İrəvana hücum etdi.30 illik təcrübəyə malik olan bu general,Həsən xanın ordusu ilə döyüşdə min nəfərdən artıq itki verib.Bu döyüşdən sonra istefaya çıxmışdır.

1827-ci ildə rus qoşunu yenə məğlub oldu.Paskeviç döyüşün ancaq artilleriya ilə qazanılacağına inandı və ordunu daha da gücləndirdi.Ruslar yenə hücum etdi.Bu səfər Həsən və Hüseyn xanın 20 ildən artıq qoruduğu bu möhtəşəm türk qalası ruslar tərəfindən işğal olundu.Paskeviçə “Qraf Erivanski” titulu verildi.

Rusların qalibiyyətindən sevinən Hovsep adlı erməni azərbaycan türkcəsində belə bir şeir yazmışdı:

 

Nikolay Pavloviçin taxtına, həm tacına qurban

Hökmü hər padşahdan aldığı xəracına qurban

Bir Nerses xəlifənin etdiyi xəracına qurban

 

1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən hayların İrəvana,Naxçıvana və Qarabağa kütləvi axını başladı.

Ermənilərin köçürülməsində Qriboyedov böyük rol oynamışdır.Bu haqda Zori Balayanın belə bir etirafı yada düşür.”1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə

çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son

onillikdə (60-70-ci illərdə) Vətənə 200 yüz mindən çox erməni köçmüşdür.

Zori Balayan. “Ocaq”, səh. 120, 192, 273.”

Erməniləri yaxından tanıyan Qriboyedov,Rus imperatoruna belə bir məktub yazmışdı.”Əlahəzrət,olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz.Onlar elə tayfadırlar ki,bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki,bura bizim dədə-baba torpaqlarımızdır.”

Bundan sonra İrəvanda ermənilərin sayı artmağa başladı.Və ümumiyyətlə Qərbi Azərbaycan torpaqlarında azərbaca türkləri təzyiqə məruz qalıb boşaldılır,yerinə ermənilər məskunlaşdırılırdı.Beləliklə,erməni əhalinin sayı get-gedə türklərdən daha çox olmağa başladı.



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019