BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb

17:33 / 02-09-2015   /   baxış - 651

Asiya birjalarında qiymətlər çərşənbə günü də enməyə davam edib.

Çərşənbə axşamı Çinin istehsal sektorunun məhsulları son üç ildə qlobal bazarda endirimlərlə satılıb. Bu isə Amerika birjalarının 3 faiz aşağı qiymətlərlə bağlanışına səbəb olub.

Shanghai Composite indeksi isə azca gəlir əldə edib, ticarətin gəliri 3.6 faizdən 3,054.17-ə qalxıb.

Hong Kongun Hang Seng indeksi isə 1.7 faiz azalıb.

Bu gün axşamdan Çin bazarları İkinci Dünya Müharibəsinin bitməsini yad etmə mərasimlərinə görə iki gün bağlı qalacaq.

İyundan bəri Çin bazarları hökümətin və tənzimləyicilərin cəhdlərinə baxmayaraq təxminən 40 faiz itki verib.

Eyni zamanda isə avqustda Amerikada fabrik fəaliyyəti son iki ildə ən aşağı vəziyyətə düşüb.

Çindən neftə olan tələbat azaldığından Amerika ticarətində xam neft satışında 8 faiz enmə müşahidə edildikdən sonra neftin gələcəyi barədə də yaxşı proqnozlar verilmir.