BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Miyanalı Əlirza: Məhəmmət Hüseyn Mübəyyin demokrat bir insan idi - MÜSAHİBƏ

19:48 / 21-11-2015   /   baxış - 1799

Bu yaxınlarda Kanadanın Vankuver şəhərində bir neçə həftə öncə Təbrizdə vəfat etmiş “İran cüzamlılarının atası” kimi tanınan məşhur alim Məhəmməd Hüseyn Mübəyyinin anım mərasimi təşkil ediləcək. Bu münasibətlə mərhum Mübəyyini yaxından tanıyan və ədəbiyyat sahəsində onunla birgə layihələrdə iştirak edən Vankuverdə yaşayan şair Miyanalı Əlirza Amerikanın Səsinə müsahibə verib.

İranda cüzam xəstəliyinin aradan qaldırılmasında önəmli layihələr həyata keçirən və “İran cüzamlılarının atası” kimi tanınan Məhəmməd Hüseyn Mübəyyin tibb sahəsi, eləcə də türk dilində bir çox ədəbiyyat və şeir kitablarının müəllifi olub.

Miyanalı Əlirza məşhur alimin xüsusilə Azərbaycan əhalisinə xidmətləri və köməksevər bir həkim olduğuna dair xatirələr anladıb.

Məşhur həkim “Qanlı Çiçəklər”, “Aşıqlar”, “Qapımız açılır günəşə sarı” və uşaqlar üçün yazdığı “Açıl çətrim, açıl”, “Gəl baharım, gəl” və “Quş Yuvası” kimi şeir və ədəbiyyat kitablarının da müəllifi olub. O, türk dilində nəşr etdiyi əsərlərində “Şimşək” təxəllüsündən istifadə edib.

Tanınmış alimin ədəbiyyat sahəsində yaradıcılıq və fəaliyyətlərini dəyərləndirən Əlirza Miyanalı onun türk dili və mədəniyyətinin qorunmasına yüksək önəm verib və bu yolda cəhdlər göstərdiyini ifadə  edib.

Vankuverdə yaşayan şairin dediklərinə görə, Məhəmməd Hüseyn Mübəyyin İran hakimiyyətinin basqılarına baxmayaraq türk dili və mədəniyyətini qorumaq adına Azərbaycan şəhərlərində təşkil olunan cəmiyyətlərə qatılıb və  onları himayə edib.

Mərhum Mübəyyin uzun illər boyu Təbrizin Baba Bağı kəndində yerləşən cüzamlılar evinin məsulu olaraq fəaliyyət göstərib. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının təhsil qrantı ilə Avropa və Afrika ölkələrində cüzam və digər dəri xəstəliklərlə bağlı təhsil və tədqiqatla məşğul olub.

Müsahibənin audio yazısı:

Amerikaninsesi.org



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019