BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məmməd Ənsari: İranda hakimiyyət musiqi ilə maraqlanmır

12:19 / 29-08-2015   /   baxış - 1751

Bəstəkar Məmməd Ənsari güneydə musiqi sənətinin inkişafının qənaqətbəxş olmadığını ancaq yüksək səviyyəli əsərlərin yaradılması istiqamətində şəxsi təşəbbüslər və cəhdlərin göründüyünü ifadə edir.  Goldsmiths - London Universitetində bəstəkarlıq üzrə doktorluq dərəcəsi üzərində çalışan Təbrizli sənətçi Amerikanın Səsi ilə söhbətdə Güney Azərbaycanda son vaxtlarda keçirilən tədbirlər və konsertlər, eləcə də yayılan əsərlərin keyfiyyətini dəyərləndirib.

Məmməd Ənsari güneydə peşəkar musiqi sənəti ilə bağlı durumun yaxşı olmadığını vurğulayır:

“Professional olmağımız üçün çox zaman lazimdir. Professional ola bilməməyin nədənləri də aydındır. Hakimiyyət musiqi ilə maraqlanmır, nizamlı bir fəaliyyət yoxdur...”

İrandakı şərait və təhsil sistemindən asılı olaraq toplumda musiqi zövqünün aşağı səviyyədə olduğunu ifadə edən bəstəkar keyfiyyətli işlərin ancaq şəxsi təşəbbüslərlə həyata keçirildiyinə diqqət çəkir.

“Musiqiçilərin şəxsi təşəbbüsləri vardır, zaman ayırır, zəhmət çəkir, işləyir və qrup yaradırlar. Uğurlu konsertlər görürük,” deyə o söyləyir.

Ancaq o, eyni zamanda yüksək keyfiyyətli fəaliyyətlərdə ardıcıllığın olmadığını və fəaliyyətlərin bəzən arada kəsildiyini önə çəkir

Ənsarinin bildirdiyinə görə, xüsusilə Təbriz şəhərində hakimiyyətin sənətçilər və musiqi fəaliyyətləri üzərində basqısı da çalışmaların dayanması ya aşağı səviyyəyə düşməsinə səbəb ola bilir.

“Bir də musiqiyə tam ticarət kimi baxan insanlar var. Bunlar gedir konsert üçün Tehrandan müğənnilər gətirirlər Təbrizə. O müğənnilər də baxırsınız, televiziya proqramlarında, seriallarda oxuyub bir az məşhur olublar xalq arasında. Açığını desək, musiqi dəllalları gəlib bunları təbliğ edirlər. Əhalinin də musiqi konsertləri üçün ayırdığı pul məhduddur..,” deyə 21 Azər Simfonik Poemasının müəllifi gileyini dilə gətirir.

Güneydə son vaxtlarda gündəmdə olan bəzi sənətçilər, yayılan əsərlər və verilən konsertlər haqqında öz düşüncələrini Amerikanın Səsi ilə paylaşan Məmməd Ənsari xüsusilə Laçın Qrupunun musiqili səhnələri, rock musiqisi janrında bəzi fəaliyyətləri və Nəvid Müsmirin əsərlərinə yüksək qiymət verir.

Güneyli bəstəkar həmçinin hakimiyyət qüvvələri tərəfindən dəfələrlər basqı, həbs və təqibə məruz qalmış tanınmış güneyli musiqiçi və musiqi müəllimi Həsən Dəmirçinin durumu haqqında danışır.

 



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019