BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Sayman Aruz: Bizləri TÜRK edən qanacaq... (şeir)

00:17 / 03-06-2020   /   baxış - 2263

Sayman ARUZ

 

    Bizləri TÜRK edən qanacaq...

 

Kişilik bizdə papaq, sizdə daraqdır, haylar.
İbnəlik sizdə qonaq, bizdən iraqdır, haylar.

Əbədi qibləmizin ünvanı Təbrizdi, bilin,
Əbədi cənnətimiz də Qarabağdır, haylar.

Bu yaxında dönəcək, canlanacaq Bəzz qalası,
Ölməyibdir dədə Babək, hələ sağdır, haylar.

Türklərin vəhdətini pozmağa cəhd eyləməyin,
Sizlərə tufan olan, Türkə sazaqdır, haylar.

Hamı beş gün yaşayır, ömrünü dünyada qonaq,
Amma dünya özü də Türkə qonaqdır, haylar.

Yaradıb dünyanı göy, mavi səma altında,
Hətta Allah da belə Türkəsayaqdır, haylar.

Məzluma varlığımız sanki mükafat kimidir,
Zalıma varlığımız bir şapalaqdır, haylar.

Sizlərə Rus ayısı, bir də ki, farslardı dayaq,
Türkə Bozqurd həmişə arxa-dayaqdır, haylar.

Sizləri hay eləyən hilədi, şərdi, bilirəm!
Bizləri Türk eləyən də qanacaqdır, haylar.

Tanrı ilə yanaşı ta ki, qiyamət gününə,
Qurd ilə Türk qalacaq, Türk qalacaqdır, haylar.

Təbrizi fars eləmək niyyətiniz tutmadı baş,
Mülki İran başabaş Türk olacaqdır, haylar.

Türkə sürgün, nə də ki, qaçqın olubdur deməyin,
Ona dünya başabaş evdir, ocaqdır, haylar.

Onu təhrif eləmək, ya da ki, silməklə deyil,
Tarixi Türk yazıb, Türk yazacaqdır, haylar.