BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO “Babək qalasına yürüş”ə qarşı İran rejiminin həyata keçirdiyi təqib və həbslərlə bağlı bəyanat yayıb (06/07/2018)

02:22 / 07-07-2018   /   baxış - 1495

Bütöv Azərbaycan Ocaqları (BAO) “Babək qalasına yürüş”ə qarşı İran rejiminin həyata keçirdiyi təqib və həbslərlə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

BƏYANATI

Güney Azərbaycan şəhərlərində yaşayan soydaşlarımız hər il olduğu kimi bu il də Babək qalasına yürüş etməkdə israrlı olmuşlar. Bu yürüşün çox böyük siyasi əhəmiyyəti vardır. Bu yürüş sübut edir ki, Güneyli soydaşlarımız əsarətlə barışmır və İstiqlal uğrunda mübarizə onların ali məqsədidir. Lakin yürüş ərəfəsində Azərbaycanın Güneyində çox sayda milli-mədəni fəal İran-fars rejiminın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Son tutulmalardan sonra Babək qalasına yürüşlə əlaqədar saxlanılan azərbaycanlı fəalların sayı 60-ı ötüb. Qeyd olunur ki, kütləvi yürüş iyulun 5-i və 6-da Kəleybər şəhərində yerləşən tarixi Babək qalasında (Bəzz qalası) keçirilib.

İran-fars rejimi həmvətənlərimizin yürüşünün baş tutmaması üçün müxtəlif önləyici tədbirlərə əl atıb. Müxtəlif şəhərlərdə təxminən 50 azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir çox fəala qalaya getməsin deyə ciddi xəbərdarlıq edilib. Xəbərdarlıq edilən fəallar hələ də təhlükəsizlik orqanları tərəfindən təqib olunur. Bundan əlavə Azərbaycanın Güney şəhərlərinin giriş və çıxışında yoxlama mərkəzləri yaradılıb, şəhərə daxil olub və ya çıxmaq istəyən insanlar, xüsusi ilə də azərbaycanlı fəallar nəzarətə götürülüb.Babək qalasının yerləşdiyi Kəleybər məntəqəsində isə təhlükəsizlik tədbirləri gücləndirilib və hazırda əraziyə çoxlu sayda polis və digər təhlükəsizlik orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

 Bütün bunlara baxmayaraq minlərlə soydaşımız özünü Babək qalası mərasiminə çatdırmağı bacarıb, onlar cümə günü  tarixi məkanın yerləşdiyi yüksəkliyi fəth edərək Babək qalasında oldular. Urmiyə, Təbriz, Zəncan, Ərdəbil, Astara, Makı, Salmas, Qoşaçay, “Sayın qala”, Tikantəpə, Sulduz, Əhər, Mərənd, Xoy, Meşginşəhr (Xiyav), Xalxal, Marağa, Sarab, Kərəc, Qəzvin, Qum və s. kimi şəhərlərdən qalaya gələn soydaşlarımız ərazidə böyük izdihama səbəb olublar. Mərasim iştirakçıları iyulun 5-də Babək qalası ətrafında gecə yarısına qədər Azərbaycan musiqisi ifa edib, rəqs nümayiş etdirib və müxtəlif proqramlar icra ediblər.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, Güneyli soydaşlarımızın bu qətiyyətli addımlarını və qəhrəmanlıqlarını təqdir edir, hər zaman onları dəstəkləyir və onların yanında olduğumuzu bildiririk. Əminik ki, bir gün Bütöv Azərbaycan bayrağı Babək qalasına sancılacaq!!! Biz, İran-fars rejiminin soydaşlarımıza qarşı həyata keçirdiyi vəhşilikləri ittiham edir, dünya ictimaiyyətini İranda baş verən qanunsuzluqlara qarşı addımlar atmağa çağırırıq!!!

Yaşasın Güneyli fəllarımızın İstiqlal mübarizəsi!!!

Bütöv Azərbaycan Ocaqları

Bakı, 06.07.2018.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020