BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO Azərbaycanın Güneyində milli fəallara hökm oxunması ilə bağlı bəyanat yayıb (14/07/2019)

01:34 / 15-07-2019   /   baxış - 1462

Bütöv azərbaycan Ocaqları (BAO) Azərbaycanın güneyində milli fəallara hökm oxunması ilə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

BƏYANATI

İran Fars rejimi növbəti dəfə Azərbaycanın Güneyində milli kimlik uğrunda mübarizə aparan soydaşlarımızı məhkəmə qarşısına çıxardı. Soydaşlarımızdan Tohid Əmir Əminiyə və Kiyanuş Əslaniyə 14 il həbs cəzası kəsilib. Bu irticaçı Fars rejimi dərk edir ki, son illərini, bəlkə də son aylarını yaşayır.

Azərbaycanın Güneyində milli kimlik məsələsi daha da ciddiləşir. Artıq dini və hərbi kəsim içərisində də irticaçı Fars rejiminin apardığı assimilyasiya siyasətinə qarşı etirazlar başlamışdır.

Dünyada İrandakı kimi xərçəng şişinə çevrilən rejimlər vardır. Tezliklə bu rejimlər çökəcəkdir. Bu rejimlər içərisində ən irticaçısı da məhz İran Fars rejimidir. Bu rejim özünü İslam pərdəsinə bürüyərək, bəzi ölkələrdə, xüsusilə bizdə müəyyən təbəqələrdə müsbət imic qazana bilmişdir. Bu insanların çoxu İran Fars rejiminin saxtakarlıqlarından xəbərləri yox idi. Amma indi artıq bunu görürlər. Görürlər ki, bu rejim tərəfindən Ermənistan necə blokadadan çıxdı. Görürlər ki, bu rejim Tehran yaxınlığında yerləşən silah zavodunda ermənilərlə birgə silah hazırlayırlar.

Bu gün bizlərə dini fətvaları təlqin edən şiə ayətollaları buna görə xəcalət çəkirlərmi? Bu cür saxta ayətollalara necə təqlid etmək olar? Onlar necə İslamın qoruyucuları kimi çıxış edirlər.

İslam dinində insanlara qarşı ayri-seçkilik qoyulurmu? Bunlar bizim həmvətənlərimizə nəinki ayrı-seçkilik qoyur, eyni zamanda kafir ermənilərlə əməkdaşlıq edirlər. Bu mənada bu ayətollalara təqlid etmək özü günahdır. Bu ayətollaların başında da Xameneyi durur. Onun rəhbərlik etdiyi irticaçı Fars rejimi milli kimlik uğrunda mübarizə aparan həmvətənlərimizi uzun müddətli həbslərə göndərir.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq üzümüzü həbs cəzaları kəsilən həmvətənlərimizə tutaraq deyirik ki, ruhdan düşməyin!!! İran irticaçı Fars rejiminin sonu yaxınlaşır. Vaxtilə dünyaya hökm edən xalqlar həbsxanasına çevrilən SSRİ bir anda süqut etdi. Bu gün İran dövləti iqtisadı və siyasi burulğanda çabalayır. Əminik ki, bu burulğan İran kimi manyak dövləti çökdürəcəkdir.

Azərbaycanın Güneyinin azad olmasına çox az qalıbdır!!! İran irticaçı Fars rejimi bu həbslərlə ömrünü daha da qısaldır!!!

Biz, BAO olaraq bütün Dünya azərbaycanlılarını həmvətənlərimizi müdafiə etməyə çağırır və onların azad olunmasını irticaçı Fars rejimindən tələb edirik!!!

 

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 14 iyul 2019



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020