2 may 2020-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) və Təbriz Araşdırmaları İnstitutunun və Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformasının (AZOH-Dirəniş-GADP) təşkilatçılığı ilə “İranın Qarabağdakı erməni işğalçılarına dəstəyi” mövzusunda onlayn konfrans keçirilib.
Konfransın sonunda bəyanat qəbul edilmişdir. Bəyanatın mətni aşağıdakı kimidir:
"İranın Qarabağdaki erməni işğalçılarına dəstəyi" konfransının sonuc
BƏYANATI
Azərbaycanın Güneyində milli-azadlıq hərəkatı artıqca, 1925-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn panfarsist İran rejimi Azərbaycanın Quzeyinə qarşı təxribatlarını daha da gücləndirir və bizim torpaqları Rusiyanın vasitəçiliyi ilə işğal edən Ermənistanla eyni sırada dayanır. Azərbaycanın Quzeyində də dövlətçilik gücləndikcə İran fars rejimi bu gün özünün erməni siyasətini artıq gizlətmir. İranda nəşr edilən xəritələrdə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ müstəqil qurum kimi təqdim edilir. Bununla kifayətlənməyib, daha da irəli gedərək Azərbaycanın işğal olunmuş ərazilərinə sərbəst giriş-çıxış yolları qurmaqla həmin əraziləri ermənilərlə birgə istismar edir. Beləliklə də, artıq ikinci bir ölkə də Azərbaycan ərazilərinin işğalında tərəf olmuşdur. İran Araz çayı üzərindən işğal edilmiş Cəbrayıl rayonu ərazisini İranla birləşdirən bir neçə avtomobil və yük maşını keçən körpülər salmış, bu körpülər vasitəsilə işğal olunmuş bölgələrə dəhliz açmış və bu bölgələri de-fakto özünə birləşdirmişdir. Bu hal hüquqi baxımdan da yeni şərait yaratmışdır və Azərbaycan torpaqlarının işğalını daha da beynəlmiləlləşdirmişdir. Bu körpülərin tikintisi də indiyə kimi sirli saxlanılmışdir.
Bundan əlavə, İran Araz çayı üzərində Xudafərin körpüsü yanında Xudafərin su anbarı tikmiş, nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir çox kəndləri və onların əraziləri su
altında qalmışdır. Həmən kəndlərin sakinlərinin dədə-baba yurdları və qəbrstanlıqları da su
altında qalmışdır. Çayın kənarı boyu uzanan dəmir yolu və Bakı-Zəngilan şose yolu da su altında itmişdir. İran faktiki olaraq Azərbaycan ərazilərini ilhaq etmişdir. Azərbaycanın infrastrukturunu ermənilərlə birlikdə tar-mar etmişdir. Vaxtilə Azərbaycan iqtidarı su anbarı tikilməsinə qəti etiraz etmiş, tikinti saxlanılmış, amma bir müddət sonra İran öz çirkin
niyyətini həyata keçirməyə müvəffəq olmuşdur.
Hesab edirik ki, beş körpünün tikilməsi həm də İranın hərbi məqsədlərinə xidmət edir və Azərbaycan öz ərazilərini azad etmək üçün hər hansı hərbi əməliyyatlara cəhd edərsə, İran hərbi qüvvələri erməni qüvvələrinin cənub cəbhə xəttinə dəstək olacaqdır. Bunu sübut edən hərbi qüvvələrin su anbarı mühafizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi məsələsi və körpü yaxınlığında hərbi kazarmalara bənzər böyük obyektlərin tikilməsidir.
Biz, konfrans iştirakçıları adından bəyan edirik ki, İranın bu xəyanətkar əməllərini Azərbaycan cavabsız qoymamalı, bacardığı səviyyədə müəyyən tədbirlər həyata keçirməlidir. Bu tədbirlər içərisində İranın beynəlxalq hüquq normalarını pozduğu barədə BMT səviyyəsində iddia qaldırılması və Azərbaycan ərazilərini ilhaq etdiyinə görə, ilk növbədə Azərbaycan ərazilərində su anbarı tikdiyiniə görə beynəlxalq məhkəməyə müraciət edilməsi məsələləri yer almalıdır.
Təbriz Araşdırmalar İnstitutu (TEBAREN)
Bütöv Azərbaycan Ocaqları (BAO)
Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması (AZOH - Dirəniş – GADP)
Bakı, 02 may 2020-ci il.