BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO Türkiyədə nəzarətə götürülən Güneyli milli fəal Rahim Cavadbəyli ilə bağlı bəyanat yayıb (20/08/2018)

00:25 / 21-08-2018   /   baxış - 1353

Bütöv Azərbaycan Ocaqları (BAO) Türkiyə polisi tərəfindən nəzarətə götürülən Güney Azərbaycanlı milli fəal Rahim Cavadbəyli ilə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türkiyə polisi tərəfindən

nəzarətə götürülən Rahim Cavadbəyli ilə bağlı

BƏYANATI

Məlum olduğu kimi qədim Azərbaycan-türk şəhəri Təbrizdən olan ədəbiyyatçı, türkçü, araşdırmaçı və milli fəal Rahim Cavadbəyli  artıq 4 ildir ki, Türkiyəyə sığınıb və orada yaşayır.  BMT tərəfindən siyasi qaçqın statusu alan R.Cavadbəyli 2 Avqust 2018-ci il tarixində Türkiyə polisi tərəfindən sorğu-sual edilmədən nəzarətə götürülüb və İrana qaytarılması üçün Van bölgəsindəki gözləmə kampına göndərilib. R.Cavadbəyli molla rejiminə təhvil veriləcəyi təqdirdə onun ölüm cəzasına məhkum olunacağı gözlənilir. Türk olan və Türklüyü müdafiə edən bir şəxsin hansı əsasla Türkiyə dövləti tərəfindən İran rejiminə təslim edilməsi anlaşılmazdır. Lakin o da məılumdur ki, R.Cavadbəyli haqqında  başqa mülahizələr də var. R.Cavadbəyli vəkili vasitəsiylə məhkəməyə müraciət edib və məhkəmə 14 sentyabr 2018-si il tarixində onun işinə baxacaq.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Türkiyə hökumətindən gözlədiyimiz odur ki, R.Cavadbəyli ilə bağlı məsələyə həssaslıqla yanaşılsın və tələsik addım atılmasın. Çünki Türklük və Güney Azərbaycan türklərinin milli azadlığı uğrunda mübarizə aparan  bir milli fəalın şovinist İran-fars rejiminə təslim edilməsi ən öndə gedən türk dövləti kimi Türkiyə adına layiq addım deyil. Eyni zamanda onu da bildiririk ki, Türkiyə hökumətinin R.Cavadbəyli ilə bağlı başqa məlumatları, hansısa dəlil və sübutları varsa, o da ictimaiyyətə açıqlanmalı, insanların qəlbində şübhəyə yer buraxılmamalıdır..

Biz bütün bunlara rəğmən Türkiyə hökumətinin və Türkiyə hüquq mühafizə orqanlarının R.Cavadbəyli haqqında ədalətli qərar verəcəyinə inanırıq. Çünki Türklərdə ədalət həmişə haqsızlığa üstün gəlmişdir!

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 20.08.2018.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020