BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO Dərbənddəki durumla bağlı dünya Azərbaycanlılarına müraciət edib

12:08 / 20-03-2020   /   baxış - 2112

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dərbənddəki durumla bağlı dünya azərbaycanlıarına müraciət edib. Müraciətin mətni aşağıdakı kimidir:

 

BÜTÖV AZƏRBAYCAN OCAQLARININ (BAO) DƏRBƏNDDƏKİ DURUMLA BAĞLI DÜNYA AZƏRBAYCANLILARINA

MÜRACİƏTİ

 

Dəyərli soydaşlar!

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Millətləşmə, Dövlətləşmə, Bütövləşmə uğrunda böyük bir mücadiləyə başladıq.

Qısa zamanda bu mücadilə Bütöv Azərbaycan coğrafiyasında öz təsirini göstərdi.

Uzaq Kərkükdən tutmuş, Təbrizə, Borçalıya, Dərbəndə qədər səsimizə səs verildi. Yüz illərlə bu milləti parçalasalar da, onun təfəkkürünü parçalaya bilmədilər. Torpaqlarımız parça-parça oldu. Rusiya işğalı daha amansız oldu. Azərbaycan neçə yerə bölündü.

İlk əvvəl Azərbaycanın Güneyində İran adlı qondarma bir Fars rejimi hakimiyyətə gətirildi. Sonra tarixi torpaqlarımızda Gürcüstan, Ermənistan yaradıldı.

Bu millət istiqlal uğrunda döyüşdü, savaşlar açdı. Nəhayət, XX əsrin əvvəlində Azərbaycanın Quzeyində istiqlal əldə etdi. Ancaq Dərbəndimiz və ətrafı Rusiya işğalında qaldı.

Rusiyanın bununla ürəyi soyumadı. Azərbaycanın Quzeyinin mərkəzində Qarabağ boyda şırım açdı. İstiqlalımızın ömrü uzun olmadı. Bolşevik Rusiyası tərəfindən müstəqil dövlətimiz süqut etdirildi. Adımız dəyişdirildi. Milli kimliyimiz unutduruldu.

XX əsrin sonlarında SSRİ imperiyasında baş verən Milli-Azadlıq hərəkatının önündə yenə də qəhrəman millətimiz getdi. 1991-ci ildə ikinci dəfə istiqlalımıza sahib olduq.

İqtidara mili qüvvələr gəldi. Bir illik hakimiyyət zamanı Dünya azərbaycanlılarının ümid yeri Azərbaycanın Quzeyi oldu. Onlar bu dövləti özlərinin yeganə dövləti saydılar. Dövlətlər quran, imperiyalar yaradan millət yenə də dövlətə sahib oldu. Bakı Dünya azərbaycanlılarının ümid qərargahına çevrildi. Amma milli hökumətin ömrü uzun olmadı. Yenə şimal təhlükəsi vəziyyəti mürəkkəbləşdirdi, nəhayətdə düzən dəyişdi. Amma istiqlalımız yenə də davam etdi.

Bununla belə vəziyyətimiz getdikcə ağırlaşmaqdadır. Bir yandan da pandemiya olan koronovirus vəziyyəti daha da çətinləşdirməkdədir. Belə vəziyyətdə Azərbaycanın tarixi qalası olan Dərbənddə durum son dərəcə ağırlaşmaqdadır. Bu şəhərdə həmvətənlərimiz sıxışdırılır. Müqəddəs məzarlarımız dağıdılır. Həmvətənlərimiz evlərindən çıxarılır. Onların ümid yeri Azərbaycan dövlətidir.

Təəssüf ki, biz onların səsinə yetərincə səs verə bilmirik. Dərbəndə Milli hökumət zamanı daima hərtərəfli köməklik göstərildi. Nəticədə Rusiya hökuməti geri çəkilirdi. Rusiya da tarix boyu bu şəhərdə etnik qarşıdurma yaratmağa çalışıbdır. Qardaş ləzgi, avar, dargin, noqay, kumık və başqa xalqları üz-üzə qoymağa çalışıbdır. Qasımkənd, Məhərrəmkənd kimi kəndlərdə yerli ləzgi xalqını sıxışdırıb, avarları yerləşdirməklə onları üz-üzə qoymağa çalışıbdır. Eyni zamanda, Dərbənd şəhərinə ləzgi xalqını yerləşdirməklə türklərlə onların arasında çatışmağa salmağa çalışmışdır. Amma Dağıstanda olan baş bilənlərimiz bu oyunun qarşısını dəfələrlə almışlar. O zaman Əbülfəz Elçibəy iqtidarı bu məsələdə çevik hərəkət etmiş və müsəlmanlar arasında toqquşmalar baş verməmişdir. Çünki biz həmişə ləzgi, avar, dargin, saxur və digər Qafqaz dilli xalqlarla çiyin-çiyinə yaşamış, eyni düşmənə qarşı birgə vuruşmuşuq. Bunu qoca tarix sübut edir. Biz Qafqazda bir evdə bir evin övladları olmuşuq. Qafqazda yalnız Rusiya işğalından sonra vəziyyətə dəyişmişdir. Amma Rusiya istədiyinə nail ola bilməmişdir. Qafqazdillilərlə biz Türklər daima mehriban yaşamışıq. Vaxtilə Səfəvi şeyxləri Şeyx Heydər və Şeyx Cüneyd də o zaman Qafqaza uzanan Moskva dövlətinin əllərini kəsmək üçün ora yürüşlər etmişdir. Amma Rusiya və SSRİ tarix elmi bu məsələdə də qarşıdurma yaratmaq üçün bu yürüşlərin guya qarət məqsədilə edildiyini tarix kitablarına sala bilmişdir.

Unutmayaq ki, Azərbaycan Səfəvi dövlətiçiliyinin əsas simalarından olan Şeyx Cüneydin türbəsi də ləzgi qardaşlarımızın yaşadığı Qusar rayonun Həzrə kəndindədir. Bu kəndin tarixi adı Gülxan olmuşdur. Ləzgi qardaşlarımız Şeyx Cüneydə hörmət əlaməti olaraq kəndin adını Həzrət qoymuş, sonra bu ad Həzrə adını almışdır.

Dəyərli soydaşlar!

Bu tarixi Sizlərə xatırlamaqda məqsədimiz tarixi öyrətmək deyildir. Məqsədimiz Sizləri xəbərdar etməkdir. Başa düşürük ki, bu gün Azərbaycan dövlətinin Dünya azərbaycanlılarının problemlərini həll etməyə yetərli gücü yoxdur. Amma bu o demək deyildir ki, Azərbaycan dövlətinin əlaqədar strukturları bu məsələyə laqeyd qalsın.

Dərbənddə tarixi abidələrimiz məhv edilir. Azərbaycanın “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 8-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid abidələrin müvafiq icra hakimiyyəti orqanı xüsusi siyahı tərtib etməklə dövlət qeydiyyatına alır, onların qorunması, bərpası ilə bağlı problemlərin həllində abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir”. Bu əməkdaşlıq iki dövlət arasında imzalanacaq müqavilələrdə əksini tapmalıdır. Əgər həmin dövlət müqaviləni pozarsa, onda burada köməyə həmin qanunun 30-cu maddəsi gəlir: “Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.

Təəssüf ki, biz hələ bununla bağlı hansısa addımları görə bilmirik. Məsələnin daha ağır tərəfi orada yaşayan həmvətənlərimizə qarşı ögey münasibətdir. Lakin, Rusiyanın özünün qəbul etdiyi qanunlara görə Dərbənddə azərbaycanlıları Dərbəndin yerli xalqı adlandırılmışdır. Bu halda onlara qarşı atılan addımlar diskriminasıya sayılır.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bütün Dünya azərbaycanlılarına səslənirik: Dərbəndin taleyinə biganə qalmayaq! Əlimizdə böyük imkanlar vardır. Bu imkanlar mediya, sosial şəbəkələrdir.

Biz, təfəkkürdə bütöv olduğumuz kimi, bu məsələdə də bütövlüyümüzü ortaya qoymalıyıq! Mediya və sosial şəbəkələrdən dünyanın bütün dövlətlərinə çağırışlar etməliyik! Rusiyanı imzaladığı qanunlara və beynəlxalq qanunlara hörmət etməyə çağırmalıyıq!

Bütün Qafqaz xalqlarını bu məsələdə bizimlə həmrəy olmağa çağırmalıyıq!

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 19 mart 2020

 

Bütöv Azərbaycan Ocaqları,

Bakı, 19 mart 2020.

BAO.AZ.

 



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020