İctimai və siyasi təşkilatların Yeni GAMOH fəallarına
(Lətif Həsənli , Yürüş Mehrəlibəyli , Mahmud Fəzli ,
Behbud Quluzadə və Şəhram Radmehr)
MÜRACİƏTİ
Əziz, fədakar soydaşlarımız!
Sizin milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız iradəli, əzmkar, qətiyyətli mübarizə milli hərəkat tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir. Biz, sizin bu mübarizənizi yüksək qiymətləndirir, sizinlə fəxr edirik.
Əziz soydaşlarımız!
Biz, sizin fiziki durumunuzun ağırlaşmasından son dərəcə narahatıq. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizəmizdə millətimizə çox lazımdır. Fars rejimi isə sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini millətimizə və beynəlxalq aləmə bir daha nümayiş etdirdi və özünə qarşı olan nifrəti daha da artırdı. Aclıq aksiyanız artıq beynəlxalq aləmə kifayət qədər əks səda doğurmuş və xeyli reaksiyalara səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq.