BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO İran rejiminin vəhşilikləri ilə bağlı Dünya birliyinə müraciət edib (08.07.2018)

01:39 / 08-07-2018   /   baxış - 1477

Bütöv Azərbaycan Ocaqları (BAO) İran Fars rejiminin həmvətənlərimizə qarşı həyata keçirdiyi vəhşiliklərlə bağlı Dünya birliyinə müraciət etmişdir.

Müraciətin mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqları (BAO) İran Fars rejiminin həmvətənlərimizə qarşı

həyata keçirdiyi vəhşiliklərlə bağlı Dünya birliyinə

MÜRACİƏTİ

 

"İran İslam Respublikası donuna girən Fars rejimi Azərbaycanın Güneyində həmvətənlərimizə qarşı amansız vəhşiliklər həyata keçirir. İranın təhlükəsizlik xidmətinin əməkdaşları dünyada analoqu olmayan üsullara əl ataraq Azərbaycanın Güneyində olan fəalların haqq səsini batırmaq istəyirlər. İslam adından istifadə edən bu qaniçən rejim günü-gündən azğınlaşmaqda davam edir.

Aldığımız xəbərlərə görə, Güneyin ən tanınmış fəallarından biri olan Abbas Lisani də saxlanılanlar arasındadır. O, hərəkatın ən təcrübəli fəallarındandır. Abbas Lisaninin harada saxlanılması barədə məlumat yoxdur. Ailəsi aidiyyəti qurumlara müraciət etsə də, heç bir xəbər ala bilmir. Həmin ailənin 2 üzvünün qollarını qandallayıb naməlum istiqamətə aparıblar. Üstəgəl, təhlükəsizlik xidmətinin əməkdaşları Lisaninin ailəsini incidirlər, təzyiq edirlər. Digər 4 fəalımız da Ərdəbil həbsxanasında ağır cinayətlər işləmiş məhkumların kameralarında saxlanılırlar. Əldə etdiyimiz məlumata görə, milli fəallara ağır işgəncələr verilir. Bir neçəsinin qollarını və ayaqlarını sındırıblar. Bir milli fəalımız isə bu işgəncələrə görə gözlərini itirib, o görmür. Ən pisi isə budur ki, həmin fəallara tibbi müdaxilələr edilmir. Bü kütləvi həbslər və işgəncələr Babək qalasına yürüşlə bağlıdır. İran Fars rejiminin ən çox qorxduğu İstiqlal uğrunda mübarizənin daha da artmasıdır. Babək qalasına yürüş bu mənada mühüm rol oynayır. Təəssüf hissi ilə bildirək ki, bizdə də bəzi qüvvələr xalqımızın qəhrəmanı Babəkə qarşı çıxmaqla İran Fars rejiminə bir növ köməklik göstərirlər. İran Fars rejimi Güneyin İstiqlal mübarizəsini ələ salmaq üçün dünya ermənilərinə müraciət edərək Çaldıran düzündə keçiriləcək tədbirə dəvət edib. İran rejimi bu qurultayda iştirak edəcək ermənilər üçün bütün şərait yaradıb. Təsəvvür edin ki, İran hakimiyyəti gələn həftə Azərbaycan ərazilərini işğal edən erməniləri Güney Azərbaycan ərazilərinə toplayıb qurultay keçirəcək. Azərbaycanlı milli fəallara həbsxanalarda ən ağır işgəncələri verən İran hakimiyyəti işğalçılar üçün ən ləziz yeməklərin hazırlanmasına sifariş verib. Göründüyü kimi, İran Fars rejimi Babək və Şah İsmayıl Xətai adından dəhşətli dərəcədə ehtiyat edir. Çünki Babək işğalçılara qarşı mübarizə aparmış, Şah Xətai də Kəngər körfəzinə çıxışı olan Bütöv Azərbaycanı qurmuşdur. Bu gün də Azərbaycanımızın Güneyi Fars rejimi tərəfindən işğal olunmuşdur. Bütöv Azərbaycanımız isə neçə-neçə yerə parçalanmışdır. Bütövlüyümüzün zamanı yetişməkdədir. Bunu dərindən anlayan işğalçı rejim də özünün müttəfiqi olan erməni işğalçıları ilə iş birliyində olaraq Azərbaycanın müstəqilliyinə qarşı mübarizədə birgə hərəkət edir. Bir daha təəssüf hissi ilə qeyd edək ki, Azərbaycanın Quzeyində Şah İsmayıl Xətai və Babək Xürrəmiyə qarşı çıxış edənlər onlara dəstəkçi olurlar.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Dünya birliyinə səslənirik ki, İran Fars rejiminə qarşı mövcud beynəlxalq sanksiyaları gücləndirsinlər.

İslam adından istifadə edən bu rejim bütün beynəlxalq hüqüq qaydalarını pozur və insanlığa yaraşmayan vəhşiliklərə yol verir. Eyni zamanda, biz bütün Azərbaycan ziyalılarına müraciət edərək, Güneyli həmvətənlərimizin müdafiəsinə çağırırıq. Onların ümidi bizlərik!!! Biz tarixin ağır imtahanı qarşısındayıq!!! Həmvətənlərimizə qarşı həyata keçirilən vəhşilikləri pisləməli və onların yanında olmalıyıq!!!

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 08.07.2018.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020