BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İran molla rejiminin türklərə qarşı növbəti təxribatına BAO yetkilisi Dilavər Əzimlidən dəyərləndirmə (07.08.2019)

00:55 / 09-08-2019   /   baxış - 1310

İran molla rejiminin türklərə qarşı növbəti təxribatına Bütöv Azərbaycan Ocaqlarının  (BAO) başqan müavini tarixçi alim Dilavər Əzimlidən dəyərləndirmə:  

“İran molla fars rejimi daha da həyasızlaşıbdır. Bu ölkədə artıq ağıllarını itirən mollalar İranı birbaşa Suriyanın gününə salmaq istəyirlər. Bu ölkədə xarici qüvvələrə çalışan minlərlə molla vardır. Eyni zamanda ağıldan kəm minlərlə molla vardır. Quranı əlində alətə çevirən əndazəni aşan bu fanat irqçilər eybəcər üsullar işə salmaqdadır. Bununla da ölkədə fars-türk qraşıdurması yaratmaq istəyirlər. Sonra da bundan istifadə edib Azərbaycan türklərini kütləvi edam etmək planları gəlir.

Aldığımız informasiyaya görə, mollakratiya fars rejimi Qacar Türk dövlətinin sultanlarından olan Nəsirəddin şahın şəklini unitaza çəkibdir. Bunu edən İran Sənətkarlar Evidir. Sizcə bu dinə, insanlığa sığarmı? Əgər təxribatdırsa, bu şiəlikdən sui-istifadə edən fırıldaqçılar niyə təkzib etmir və bunu edənləri cəzalandırmırlar? Demək, bu əməliyyatın başında özləri dayanırlar. Bu axmaqlar dərk eləmir ki, İran dövlətini idarə edənlər arasında minlərlə Türk vardır. Onların dini lideri Xameneyi də türkdür. Əslində, bununla Xameneyinin də şəxsiyyətini təhqir ediblər. Nəsirəddin şahın şəklinin unitaza salınması bütün türklərin şəklinin unitaza salınması deməkdir. 

Pəhləvi sülaləsi Böyük Britaniyanın yardımı ilə hakimiyyətə gəldikdən sonra özlərindən əvvəl hakim olmuş Qacar Türk sülaləsinə qarşı böyük təxribatlar həyata keçirdi. Rejim İranın yalnız farsdillilərə aid olduğunu sübut etmək məqsədi ilə ölkə və bölgə millətlərinin tarixini köklü şəkildə təhrif edib yeni tarix yazmağa başladı. Türklərə qarşı təxribat və təhriflər 1979-cü ildə hakimiyyətə gələn molla rejimi tərəfindən də davam etdirildi. İran Sənətkarlar Evinin yol verdiyi təhqiramiz hərəkət də türk tarixi və milli kimliyinə qarşı atılan qərəzli addımların tərkib hissəsidir. İndi bir anlıq düşünün: biz burada İranın müqəddəs sayılan tarixi və dini şəxsiyyətlərindən bəzilərinin şəkillərini unitaza vururuq. Birincisi, biz o cür mədəniyyətsiz hərəkətə yol vermərik. Bunu fars və erməni edər. Amma təsəvvür edin ki, belədir. İnanın ki, fars molla rejimi yaxalarını cırıb bağırışmağa başlar...

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq İran fars molla rejiminin bu hərəkətlərini pisləyir və dünya birliyini onların bu hərəkətlərini qınamağa çağırırıq!!!”

BAO.AZ.

07.08.2019.

 



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020