BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Güneyli milli fəal İsmayıl Bərzigərinin həbsxanadakı ağır durumu ilə bağlı bəyanatı (23.11.2013)

23:32 / 20-12-2014   /   baxış - 918

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Güney Azərbaycanlı

milli fəal İsmayıl Bərzigərinin həbsxanada aclıq

aksiyası keçirməsi ilə bağlı

 

BƏYANATI

 

Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycanlı milli fəal, tanınmış musiqiçi İsmayıl Bərzigəri artıq 31 gündür ki, aclıq aksiyası keçirir.  Onun həbsxanada aclıq aksiaysına başlamasına səbəb səhhətində yaranan ciddi problemin aradan qaldırılması üçün lazımi müalicə şəraitinin yaradılmaması olmuşdur. İsmayıl Bərzigəri aclıq aksiyasına başladıqdan sonra bu aksiyanı dayandırması üçün həbsxananın klinikasında ona fiziki və mənəvi təzyiqlər göstərilmişdir. Noyabrın 21 və 22 -də də o, belə təzyiqlərə məruz qalmışdır. Hazırda onun sağlıq durumu kritik vəziyyətdədir.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan muğam ifaçısı İsmayıl Bərzigəri 2011-ci ilin iyununda həbs olunub. Tehran məhkəməsi onu casusluqda təqsirləndirərək 7 illik həbsə məhkum edib. O, mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib. Azərbaycanlı siyasi fəal saxlandığı şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-də də aclıq aksiyası keçirib. Nəticədə İsmayıl Bərzigəri dəfələrlə qan təzyiqi düşdüyünə görə zindan klinikasına aparılıb, hətta burada o, kliniki ölüm də keçirib.

Biz Bütöv Azərbaycan Ocaqları olaraq soydaşımız İsmayıl Bərzigərinin sağlıq durumundan narahatlığımızı bildirir və İran rejimindən həbsxanada ona dərhal normal şəraitin yaradılmasını tələb edirik.

   

 Bütöv Azərbaycan Ocaqları

Bakı, 23.11.2013.

www.bao.az

ocaqlar@bao.az

ocaqlar@mail.ru



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020