BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (24/04/2019)

00:19 / 26-04-2019   /   baxış - 1805

Bütöv Azərbaycan Ocaqları (BAO) İran rejiminə qarşı növbəti bəyanatını yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

BƏYANATI

 

Bütöv Azərbaycan Ocaqları(BAO) olaraq I Bütöv Azərbaycan Forumunu keçirdikdən sonra bizə qarşı İran İslam Respublikasında əməlli-başlı kampaniya başlandı. İranda İran Xüsusi Xidmət orqanlarının nəzarəti altında olan saytlar və qəzetlərdə bizə hücumlar olundu. Bizə olmazın iftiralar atırlar. Utanmadan 40 milyon Azərbaycan türkünə separatçı damğası vurur və bizi hansısa xarici qüvvələrə işləməkdə suçlayırlar. Biz heç kimə işləmirik. Biz dövlətimizə işləyirik. Biz Bütöv Azərbaycan uğrunda mübarizə aparırıq. Biz Bütöv Azərbaycan coğrafiyasında bütövlük təfəkkürünün inkişaf edib artmasına nail olacağıq. Biz Azərbaycanın Güneyində İstiqlal uğrunda mübarizə aparırıq.

Bütün bunlar da çökməkdə olan İran Fars şovinizmini qəzəbləndirir. Bu Fars şovinizmi belə bir münasibətlə özünü müsəlman dünyasının aparıcı dövləti sayır. Türkiyənin də dost adlandırdığı bu dövlət ermənilərə yenidən qucaq açdı. 24 aprel qondarma erməni soyqırımının qeyd edilməsi üçün İranda yaşayan ermənilərin yürüşünə icazə verdi. Bu yürüşdə Türkiyə bayraqları yandırıldı. Həm də özünü Türkiyəyə dost sayan İran dövlət rəhbərlərinin və ayətullahlarının gözü qarşısında... Amma özünü müsəlman adlandıran bu dövlət özünün müsəlman qardaşları saydığı Azərbaycan türklərini dil hüququnu tələb etdiyi üçün zindanlara atır. Bu yürüşdə də 10 nəfər soydaşımızı həbs etdi. Qalanlarını da zopaya qonaq etdi. Günahları da o idi ki, soydaşlarımız qondarma erməni soyqırımı ilə bağlı keçirilən yürüşə etiraz ediblər. Bu yürüşdə Daşnaksütyun Partiyasının emblemlərinin, bayraqlarının qaldırılmasına etiraz ediblər. Bununla gözü doymayan İran Fars rejiminin nəzarətində olan sayt və qəzetlər həbs olunan soydaşlarımızı Azərbaycanda və Türkiyədə terror hörgütlərinə işləməkdə suçladı. Görün bunlar necə həyasızlaşıblar. Ermənistan dövləti bütünlükdə terroru müdafiə edən və həyata keçirən dövlətdir. İran İslam dövləti onlara qucaq açır. Amma Azərbaycan və Türkiyəni terroru dəstəkləyən dövlətlər adlandırır. Qəribədir ki, “Azəriha" (Azərilər) qəzetində çıxan bu cür hədyanlarla dolu yazılara İranın bir rəsmisi də münasibət bildirmir. Demək, bu həm də İran dövlətinin rəsmi mövqeyidir. 

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq İran İslam Cümhuriyyətinin rəsmilərindən buna münasibət bildirməyi və soydaşlarımızın azad olunmasını tələb edirik.

 

Bütöv Azərbaycan Ocaqları
Bakı, 24 aprel 2019.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020