BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) Allahşükür Paşazadəyə müraciət edib (07.05.2020)

21:48 / 08-05-2020   /   baxış - 1302

“Büütöv Azrbaycan Ocaqları” (BAO) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib. Müraciətin mətni aşağıdakı kimidir:

 

Cənab şeyx,

Son günlər mətbuatdan Sizin ABŞ Prezidenti Donald Trampa İran İslam Respublikasına qarşı qoyulmuş sanksiyaların ləğv edilməsi haqqında xahiş məktubu ilə müraciət etdiyinizi öyrəndik və çox təəccübləndik. Soruşa bilərsiniz ki, nə üçün? İran ən yaxın qonşularımızdan biri, özü də müsəlman dövlətidir. Doğrudur, amma özünü İslam Respublikası adlandıran bu dövlət Azərbaycan torpaqlarının 20 faizindən çoxunu 30 ilə yaxındır ki, işğal altında saxlayan başqa bir qonşu dövlət – xristian Ermənistanı birbaşa, yaxud dolayı yollarla dəstəkləyir. Son günlərdə bir erməni bloqerinin İrandan işğal altında olan Azərbaycan ərazilərinə humanitar yardım adı altında göndərilən yüzlərlə yük maşınını çəkib ictimailəşdirməsi, yəqin ki, yadınızdadır. Bu maşınlardakı yükün yalnız humanitar yardım olmadığını da bilməmiş deyilsiniz.

Özünü İslam dövləti adlandıran, dünyadakı şiələrin rəhbəri hesab edən İran ən yaxın qonşusu olan Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı nə zaman qınadı, onunla siyasi-diplomatik əlaqərini nə vaxt kəsdi? Heç olmasa, qardaş Türkiyə kimi Ermənistanla öz sərhədlərini niyə bağlı saxlamadı?

Ermənistanın keçmiş prezidenti R. Koçaryanın İİR-nın Ermənistana və qondarma DQR-a Azərbaycanla müharibədə ikinci nəfəs verdiyini açıqca bəyan etdiyini Sizə xatırlatmağa ehtiyac varmı, cənab şeyx? Siz Qafqazın şeyxi sayılırsınız, nə vaxt Qafqazda gedən münaqişə, məs. Rusiyanın müsəlman Çeçenistana, yaxud qonşu Gürcüstana hərbi müdaxiləsini pisləyən bəyanat verdiniz?

Gürcüstanda öz tarixi dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın hər cür diskriminasiyaya məruz qalmalarına qarşı nə vaxt haqq səsinizi ucaltdınız? Son günlərdə tarixi Azərbaycan şəhəri Dərbənddə yaşayan soydaşlarımıza qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı niyə hələ də susursunuz? Niyə Rusiya Prezidenti cənab V.Putinə bu barədə məktubla müraciət etmirsiniz?

ABŞ Prezidenti D.Trampdan xahişini etdiyiniz İranda yaşayan 40 milyondan artıq Azərbaycan türkünün ana dilində bir məktəbi, uşaq bağçası olmadığı, bir dənə də rəsmi qəzet-jurnal çıxarmağa icazə verilmədiyi halda, azsaylı ermənilərin dilində orta və ali məktəblərdə tədris aparıldığını, ermənicə mətbuat orqanlarının olduğunu da, yəqin ki, bilirsiniz. Siz, bir şeyx olaraq, bu ayrı-seçkilik siyasətinə, bu haqsızlığa qarşı nə vaxt rəsmi şəkildə etiraz etdiniz?

İran İslam Respublikasında saxta erməni soyqırımı abidəsinin ucaldıldığı, erməni və İran rəsmi nümayəndələrinin bu yalançı abidəni dəfələrlə ziyarət etməsi və türkləri genosiddə günahlandırması da yadınızda olar. Sizin müdafiə etmək istədiyiniz İİR-da günahsız Xocalı qurbanlarına abidə qoyulması və dövlət rəsmiləri tərəfindən ziyarət olunması barəsində həmin ölkənin prezidenti Ruhaniyə bütün Qafqazın şeyxi kimi niyə müraciət etmirsiniz?

Dini-ruhani müvqeyinizdən yararlanıb İranda yalnız öz milli-mənəvi hüquqlarını müdafiə etdiyinə görə təqib olunan və həbs edilən soydaşlarımızın, heç olmasa, dünyanı silkələyən bu pandemiya dönəmində əfv olunması və həyat təhlükəsizliyinin qorunmasıyla bağlı da heç bir təşəbbüs göstərmədiniz.

Son günlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında İranın “Xudafərin” və “Qız qalası” su qovşaqları, yeni körpülər və su-elektrik stansiyası tikməsi haqda mətbuatda gedən məlumatı da yadınıza salmaq istərdik. Azərbaycanın faktiki nəzarət edə bilmədiyi ərazilərdə aparılan bu tikililərdən guya Azərbaycanla birgə istifadə olunacağını bildirən İran tərəfi, həmişəki kimi, həyasızcasına yalan danışmırmı? Əslində bu işlərlə işğal olunmuş ərazilərdə ermənilərinin işğalçı və terrorçu rejiminə yeni bir nəfəslik açmırmı, humanitar yardım adı altında gələcəkdə onlara hər cür hərbi yardım göstərmək üçün ikinci koridor yaratmırmı?

Cənab şeyx, əslində nə İİR rəhbərliyi, nə də ABŞ prezidenti üçün sizin məktubuzun o qədər də siyasi dəyəri yoxdur. Amma Sizin dünya demokratiyasının lider ölkələrindən olan ABŞ prezidentinə dini-totalitar bir ölkə rəhbərliyinə qarşı qoyulan sanksiyaların götürülməsi haqqındakı xahişiniz biz Azərbaycan vətəndaşlarını çox ağrıdır, milli mənlik duyğularımızı təhqir edir. Əslində Sizə ünvanlamaq istədiyimiz suallar çoxdur, ancaq sonda Sizdən bircə suala cavab verməyinizi xahiş edərdik: bağışlayın, siz dini şiəliyi rəsmi dövlət ideologiyasına çevirən, başqa müsəlman ölkələri kimi, Azərbaycanda da dini fanatizmi və iranpərəstliyi təbliğ edən İİR-nın, yoxsa müstəqil, demokratik və tolerant Azərbaycan Respublikasının vətəndaşısınız?

 

Hörmətlə,

Bütöv Azərbaycan Ocaqları

07.05.2020.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020