BÜTÖV AZƏRBAYCAN OCAQLARI
I Bütöv Azərbaycan Forumunda qəbul olunmuş sənədlər (13/04/2019)

00:12 / 26-04-2019   /   baxış - 1129

 

Birləşmiş Millətlər Təşkilatının

Baş Katibi  Antonio Gutterresə

 

Cənab baş katib

100 illərlə iran coğrafiyasında dövlətlər qurmuş, idarə etmiş və heç bir milləti diskrimnasiya etməmiş Türklərin XX əsrdə hakimiyyətləri əllərindən alınmış və diskrimnasiyaya, ayrıseçkiliyə və assimliyasiya siyasətinə  məruz qalmışdır.

Bildiyiniz kimi, hal-hazırda İran İslam Respublikasının (İİR) 80 milyondan çox əhalisinin yarıdan çoxunu Türklər təşkil edir. Amma buna baxmayaraq bir ölkədə çoxluq təşkil edən bir xalqa qarşı İran şovinist iqtidarı tərəfindən daim ayrıseçkilik halları və assimliyasiya siyasəti tətbiq edilir. Aparılan ayrıseçkilik siyasəti  universitet və iş imkanlarından məhrum olmaq, müxtəlif xidmət sahələrində, o cümlədən səhiyyəsahəsindətətbiq edilən diskrimnasiya, hökumət işlərinəgötürməmək, ibtidai, orta və Ali məktəblərdəana dili qadağaları, mənsub olduğu  mədəniyyətlərindən uzaq tutulmaq, müxtəlif vasitələrlə təhqir edərək aşağılamaq siyasəti,iqtisadi ayrıseçkilik, Türklər yaşayan bölgələri ekoloji terrora məruz qoymaq və s. halları əhatə edir.

2019-cu il Beynəlxalq Azsaylı Xalqlar Dili İli olduğu elan olunduğu bir vaxtda İİR-da hakim rejimin yürütdüyü antitürk dil siyasəti nəticəsində bir dövlətdə çoxluq təşkil edən bir xalqın – 50 milyon Türkün, onlardan 35 milyondan çoxunun – Azərbaycan Türkünün dili rəsmi dil kimi tanınmamışdır. Dövlət idarələrində, məhkəmələrdə Azərbaycan Türkləri anladıqları və danışdıqları dildə danışa, yaza, oxuya bilmirlər.

Azərbaycan Türkcəsində ölkə üzrə yayımlanan televiziya və qəzetləri olmamaqla yanaşı bütün istiqamətlərdə dil ilə bağlı təhqirlərlə, qadağalarla üzləşirlər. Azərbaycan Türklərinin  ana dili tarixi təhrif edilir, alçadılaraq aşağılanır. Ana dili hüququnu tələb etdiyinə görə isə insanlar represiyaya məruz qalır.

Bundan başqa Urmu gölü ətrafı bütövlükdə Azərbaycan Türklərinin yaşadığı bölgədir. Həmin region ilə bağlı İran hökumətinin strateji maraqları olduğundan bölgənin Türklərdən təmizlənməsi siyasətini həyata keçirtmək məqsədilə Urmu gölünün qurumasına qarşı məqsədli şəkildə heç bir qabaqlayıcı tədbirlər görmür, əksinə bölgə əhalisinə qarşı ekoloji terror həyata keçirdir. Bunun nəticəsidir ki, artıq 10 milyondan çox insanın həyat və yaşayışı təhlükə altındadır.

Baş verən təbii fəlakətlər zamanı ümumilikdə Türklər yaşayan bölgələrə yardımlar edilmir, yerli əhali çətinliklərlə baş-başa qoyulur, problemlərinə etinasız yanaşılır.

Türklər yaşayan bölgələrdə iqtisadi layihələr həyata keçirilmir, əksinə iqtisadi və sosial təminatsızlıq, milli-adət ənənələrin inkişafına mane olmaq, bölgədə ağır sənaye, fabrik və zavodların fəaliyyətini dayandırmaq, ekoloji şəraiti əlverişsiz duruma gətirmək, tarixi abidələri məhv etmək və əhəmiyyətsizlik yaratmaq kimi vasitələrdən istifadə edərək bölgənin Türklərdən təmizlənməsi siyasətini həyata keçirirlər.

Sadalanan bu problemlər ilə bağlı İİR-da Azərbaycan türklərinin milli qüvvələri on illərdir ki, sivil və hüquqi mübarizə aparırlar. Bu müddətdə beynəlxalq hüququn tərkib hissəsi, əsas insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqlarına,  bu hüquqları tələb etdiyinə görə minlərlə Azərbaycan Türkü rejim tərəfindən təqib edilərək həbsxanalara atılmış, öz doğma yurd-yuvasından didərgin salınmışdır.

Cənab Baş Katib,

İİR-da Azərbaycan Türklərinə qarşı aparılan bu şovinist siyasət  Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1,3,27-ci, II hissənin 2.1-ci, III hissəsinin 26-cı, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələri, BMT Nizamnaməsinin 55,73(A) maddələri, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquq və prinsipləri, həmçinin İİR Konstitusiyanın dövlət dili haqqında 15-ci maddəsi, “Millətin hüququ” adlı III fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrdə, şuralar haqqında  7-ci fəslin 100 və 103-cü maddələri ilə ziddiyyət təşkil edir və soydaşlarımızın bu maddələrdə  təsbit olunan hüquqları kobud şəkildə pozulur.

İİR-da on milyonlarla Azərbaycan Türkünün ana dili hüququnun, sülhün bərqərar olmasına, xalqların dayanıqlı inkişafının dəstəklənməsinə təsirini və beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətini unutdurmamalıyıq. İİR-da Azərbaycan Türklərinin bütün haqlarının tapdanması regionda beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid edici prosseslərə təkan verə bilər.

Odur ki, İİR-da Azərbaycan Türklərinin hüquqlarının bərpa edilməsi məsələsinin BMT-nin nəzarətə götürməsi, bu istiqamətdə beynəlxalq sənədin qəbul edilməsi və İİR-na beynəlxalq hüquq çərçivəsində təsirlərin göstərilməsi üçün mümkün  hərəkətlər edilməsini xahiş edirik.

 

l Bütöv Azərbaycan Forumu

Bakı şəhəri - 13.04.2019-cu il

 

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən I Bütöv Azərbaycan Forumunun Qarabağ problemi ilə bağlı

QƏTNAMƏSI

XVlll əsrin l yarısından başlayaraq Rusiya imperiyası tərəfindən ətraf dövlətlərə, o cümlədən Azərbaycana qarşı aparılan işğalçılıq və sərhədlərini genişlətmək, bununla yanaşı dünya güclərinin apardığı müstəmləkəçilik və imperializm siyasəti nəticəsində Vahid Azərbaycan Dövləti parçalanmış, əraziləri işğala məruz qalmış, nəhayətində Dövlətimiz süquta uğradılmışdır.

Azərbaycanın Güneyində mövcud olan Qacar Dövlətində bölgədə min illərlə mövcud olan Türk dövlətçiliyinə XX əsrin əvvəllərində son qoyulmuş, iqtidara farslar gətirilmiş, Dövlətimizin adı belə dəyişdirilərək qondarma şəkildə “İran” adlandırıl­mışdır.

Rus imperializmi və fars şövinizmi tərəfindən tətbiq edilən assimiliyasiya siyasəti nəticəsində Xalqımızın qaymaq hissəsi sayılan düşünən beyinləri, vuran qolları məhv edilmiş, soyqırımlara, repressiyalara, sürgünlərə məruz qalmış, tariximiz unutdu­rulmuş, dəyişdirilmiş, dilimiz, adət-ənənələrimiz aşağılanmış, qadağan edilmiş, Quzeydə dinimiz qadağan olunmuş, daim basqıya məruz qalmış,  iqtisadi ayrıseçkilik aparılmış,təbii sərvətlərimiz istismar edilərək talan edilmiş, bir çox ərazilərimiz ekoloji terrorla üzləşmiş, tarixi torpaqlarımız qonşu dövlətlərə peşkəş edilmişdir.

Bu dövr ərzində isə İrəvanın, Dərbəndin, Borçalının itirilməsi, eyni zamanda digər Türk Dövlətlərinin bugünkü durumda olması da rus işğalının tərkib hissəsidir.

Bütün bunlarla barışmayan mübariz xalqımız hər zaman rus imperializminə və fars şovinizminə qarşı mübarizə aparmışdır. Təkcə ötən əsrdə 5 dəfə mübarizəyə qalxan xalqımız, bunun 4-də dövlət qurmağa nail olmuşdur. Qurulan 4 dövlətdən 3-ü Dünya gücləri tərəfindən süquta uğradılsa da sonda Xalqımız öz tarixi torpaqlarının 1/6 də olsa da Müstəqil Dövlətini – Azərbaycan Respublikasını qurub, yaşada bilmişdir.

Bununla barışmayan Rusiya öz təcavüzkar siyasətindən davam etdirərək, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində öncə Xalqımızın Azadlıq eşqini boğmağa çalışmış, bacarmadığı halda ötən əsrin əvvəllərində olduğu kimi, tarixi Azərbaycan torpaqlarında yaratdığı Ermənistan dövlətinə hərbi-siyasi-iqtisadi dəstək verərək, Azərbaycan torpaqlarına qarşı birlikdə silahlı təcavüz etmiş, bir daha ərazilərimizi işğala məruz qoymuşdur.

Bu işğalda Rusiyanın adı çəkilməsə də 1992-1993-cü illər ərzində Azərbaycana qarşı olan təcavüzün genişlənməsi ilə bağlı BMT TŞ sədrinin 6 bəyanatında, eləcə də TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyini bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələbi əks olunmuşdur.

Forum BMT TŞ-nın üzv dövlətlər olan ABŞ, Rusiya və Fransanın eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri olmasının, işğal olunan torpaqların əslində Rusiyanın nəzarətində qalmasının Azərbaycanın Dövlət maraqları ilə ziddiyyət təşkil etdiyi qənaətinə gəlir, buna görə də Minsk Qrupunun həmsədrliyində Azərbaycanın bu müstəvidə hüquqlarını qoruya biləcək dövlətin – Türkiyənin Rusiyanı əvəzləməsini daha məqsədə uyğun sayır.

Forum Qarabağın azad olunmasını, Rusiya-Ermənistan alyansının təcavüzünün dayandırılması və bu təcavüzün nəticələrinin aradan qaldırılmasını Azərbaycan Milli Azadlıq Hərəkatının tərkib hissəsi sayır və bu savaşda Azərbaycanın qalibiyyətinin təmin edilməsini Azərbaycan Milli Azadlıq Hərəkatının əsas məqsəd, vəzifə və strateji  hədəflərindən biri kimi irəli sürür.

Forum bildirir ki, Qarabağın azad edilməsi məqsədinə xidmət etmək, bunun uğrunda, o cümlədən vətəndaşı olduğu dövlətin iqtidarlarının bu sahədə olan siyasətinə təsir göstərmək formasında fəaliyyət göstərmək harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər bir Azərbaycan Türkünün milli vəzifəsidir. Hər bir azərbaycanlı bilməlidir ki, Qarabağın işğaldan azad olunması uğrunda mücadilə təkcə 10 milyonluq Azərbaycan Respublikası vətəndaşı üçün yox, bütün 50 milyonluq Azərbaycan Türkü üçün milli mücadilədir, milli savaşdır, milli namus, milli şərəf məsələsidir.

Bununla əlaqədar Forum iştirakçıları on milyonlarla Azərbaycan Türkünün yaşadığı indiki İran İslam Respublikası (İİR) iqtidarının Qarabağ məsələsinin həllində prinsipial mövqe tutmadığını, Ermənistanla dostluq və əməkdaşlığını, Azərbaycanın dostlarının deyil Ermənistana havadarlıq edən beynəlxalq güclərin sırasında yer almasını qeyd edir və pisləyir.

Forum hesab edir ki, İİR-da Azərbaycan Türkləri tərəfindən Ümummilli Qarabağa Azadlıq Hərəkatını başlamalarının vaxtı gəlib çatmışdır. Eyni vəzifə Avropada, Amerikada, Rusiyada, dünyanın hər yerində yaşayan Azərbaycan Türkləri qarşısında da ən ciddi şəkildə dayanır.

Forum bütün Azərbaycan Türklərini Qarabağ ideyası ətrafında birləşməyə, əməkdaşlıq etməyə, təşkilatlanmağa dəvət edir və qərara alaraq bu məqsədlə Ümumdünya Qarabağ Qurultayının keçirilməsini daha məqsədə uyğun sayır.


l Bütöv Azərbaycan Forumu

Bakı şəhəri - 13.04.2019-cu il

                                                                                                  

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən I Bütöv Azərbaycan Forumunun şovinist İran rejiminə qarşı

BƏYANATI

100 ilə yaxındır ki, xarici güclərin dəstəyi ilə Qacarlar dövlətində hakimiyyəti ələ keçirmiş şofinist fars rejimi ölkənin reyri-fars xalqlarına, o cümlədən ölkə əhalisinin yarısından çoxunu təşkil edən türklərə qarşı assimilyasiya – farslaşdırma siyasəti aparır. Dünyanın elə bir ikinci dövləti yoxdur ki, orada ölkə əhalisinin yarısından çoxunu təşkil edən, sayı 10 milyonlarla olan bir xalqın dili rəsmi statusa malik olmasın. Türk dili İranda nəinki rəsmi statusa malik deyil, hətta bu dildə ibtitai və orta tədris belə aparılmır, bu da azmış kimi türk dili bu ölkədə bir dil kimi də orta və ali məktəblərdə tədris olunmur. Farslaşdırma siyasətinə qarşı çıxan, öz milli haqları uğrunda mübarizə aparan fəallar isə bu ölkədə ən sərt repressiyalara və işgəncələrə məruz qalırlar. 1925-ci ilə, yəni fars şovinizmi hakimiyətə gələnə qədər bu ölkədə türk süalələrinin çoxəsrlik hakimiyyəti dövründə isə fars dili nəinki yasaqlanmamış, hətta bu dilin yazılı və şifahi nitqdə istifadə olunmasına və inkişafına geniş şərait yaradılmışdır.

Bir əsrə yaxın aparılan farslaşdırma siyasətinə rəğmən bu gün İran dövlətində qeyri fars xalqları, o cümlədən əhalinin yarıısından çoxunu təşkil edən türklər öz dillərini, milli varlıqlarını əsasən qoruyub saxlaya bilmişlər. Lakin hazırkı informasiya texnilogiyalrı əsrində belə yasaqlar alında yaşamaqla həmin xalqlar öz milli varlıqlarını tamamı ilə itirmək təhlükəsi qarşısındadırlar.

İran rejimi iqtisadi məsələlərdə də ayrıseçkilik siyasətini həyata keçirir, türklərin yaşadığı bölgələrdə əhalinin rifahının aşağı olmasına qəsdən şərait yaradır.  Urmiya gölünün qurudulması buna əyani misaldır. 

Göründüyü kimi, bu gün İran dövlətində dünyada analoqu olmayan milli zülm və ədalətsizlik hökm sürməkdədir. Biz – Forum iştirakçıları İran dövlətində öz milli və siyasi haqları uğrunda şovinist rejimə qarşı fədakarcasına mübarizə aparan milli hərəkata dəstək olduğumuzu bildirir, siyasi mövqeyindən və peşəsindən asılı olmayaraq Azərbaycan Respublikasında və xaricdə yaşayan bütün həmvətənlərimizi bu yolda vahid mövqedən çıxış etməyə çağırırıq.

 

I  Bütöv Azərbaycan Forumu

Bakı, 13.04.2019.



“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020