BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət” mövzusunda onlayn konfrans - (15/08/2020)

22:57 / 16-08-2020   /   baxış - 1627

15 avqust 2020-cil il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət” mövzusunda ölkəmizin tanınmış alimlərinin iştirakı ilə onlayn video-konfrans keçirilmişdir.

Konfransda çıxış edən tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor Sevda Süleymanova, tarix elmləri doktoru, professor Havva Məmmədova, dosent Firovsiyyə Əhmədova, dosent Boran Əziz, dosent Hacı Həsənov, dosent Faiq Ələkbərli, dosent Mübariz Ağalarlı, dosent Arzu Əşrəf, dosent Elmira Süleymanova və digərləri mövzu ilə bağlı çıxış etmişlər.

Tədbirin sonunda konfrans iştirakçıları adından Bəyanat qəbul olunmuşdur.

 

P.S. Konfransın video-linki:

 

https://www.facebook.com/baoazerbaycan/videos/1748948411929011/

 

P.S.S. Bəyanatın mətni aşağıdakı kimidir.

 

“Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət”mövzusunda

2020-ci il avqustun 15-də keçirilmiş onlayn konfrans iştirakçılarının

B Ə Y A N A T I

Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin adını dəyişdirib “Azərbaycanın müasir dövlətçilik tarixi” qoyulması, saatının azaldılması, yalnız müasir dövr tarixi ilə məhdudlaşdırılması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurmuşdur. Ziyalıların həyəcanı sosial şəbəkələrdə geniş ifadəsini tapmış, bu barədə dövlət başçısına müraciət də ünvanlanmışdı. Bu məsələnin Azərbaycan dövlətçiliyinin maraqları yönündə həllini tapacağı Təhsil nazirliyindən gözlənildiyi halda, nazirlikdən ayrı-ayrı ixtisaslar üzrə göndərilmiş yeni tədris planlarında yalnız fənnin adı əvvəlki kimi saxlanılıb, saatı azaldılmış variantda (qeyd edək ki, “Azərbaycan tarixi” fənninin saatları son illərdə tarix ixtisası üzrə 315 saatdan 210 saata qədər, qeyri-tarix ixtisaslarında 120 saatdan 90, sonra 75, indi isə 60 saata qədər azaldılıbdır) göstərilməklə, bu fənnin “Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranmasını, mərhələlərini, formalaşmasını və inkişafını öyrən”diyi bildirilir. “Azərbaycan tarixi” fənninin belə şərhlə təqdim edilməsi Azərbaycanın qədim tarixini, dövlətçilik irsini inkara bərabərdir. Elə bu annotasiyanın yayılması kifayətdir ki, dövlətçiliyimizə qəsd, torpaqlarımıza təcavüz edənlər öz rəsmi sənədimizlə tariximizin də, dövlətçiliyimizin də müasir olduğunu etiraf etdiyimizi təbliğat vasitəsinə çevirsinlər.

Vətən tarixinin tələbə gənclər tərəfindən Ali məktəblərdə təqdim edilən səviyyədə öyrənilməsi strateji anlamda böyük yanlışlıq, fəsadları milli maraqlarımıza ciddi zərər vuracaq məsuliyyətsizlikdir. Müstəqilliyimizin bərpasının 30-cu ili ərəfəsində, xüsusilə də müharibə şəraitində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi başlıca hədəfimiz olduğu bir dövrdə, milli ruhda böyüyən, Vətən tarixini dərindən bilən nəsillərə ehtiyac olduğu bir vaxtda “Azərbaycan tarixi” fənninin əhəmiyyəti olduqca böyükdür. Dövlət başçısı cənab İlham Əliyevin tarixi irsimizlə bağlı, qədim və orta əsr abidələri, xəritələri ətrafında mülahizələri, gənclərimizin tarixi bilgilərə dərindən yiyələnmək haqqında tövsiyələri “Azərbaycan tarixi” fənninin daha keyfiyyətli tədrisinə çağırış kimi qəbul edilməli, dərs saatları təminatlı sayda artırılmalıdır.

Vətən tarixini bilmək vətəndaşın tarixi yaddaşa, varislik düşüncəsinə, torpaq sevgisinə, yurd təəssübkeşliyinə malik olması deməkdir. Milli şüur, mili mənlik hissləri məhz tarix, xüsusən də Vətən tarixi dərslərində formalaşır.

“Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı yaranmış olduqca gərgin vəziyyətin aradan qaldırılması yönündə Təhsil nazirliyinin dövlətçiliyimizin mənafeyini ali tutaraq prinsipial mövqe nümayiş etdirəcəyinə inanaraq qısa müddətdə tədris planlarında müvafiq dəyişiklik ediləcəyinə ümid edirik.

Vətən tarixinin tədrisi ümumxalq, ümumdövlət mənafeli məsələdir, milli təhlükəsizliyimizin təminat sütunlarındandır. Bu məsələdə dünya azərbaycanlılarının həmrəyliyinə güvənərək təhsil sistemimizin çağdaş texnologiyalarla formalaşdırılması prosesində milli varlığımızı səciyyələndirən Dil, Tarix, Ədəbiyyat fənlərinin tədrisinə sayğı və qayğı ilə yanaşılmasını tələb edirik.

 

Hörmətlə,

Elmira Muradəliyeva, tarix elmləri doktoru, professor

Havva Məmmədova, tarix elmləri doktoru, professor

Xeyirbəy Qasımov, tarix elmləri doktoru, dosent

Xəqani Məmmədov, tarix elmləri doktoru, professor

Sevda Süleymanova, tarix elmləri doktoru, professor

Zabil Bayramlı, tarix elmləri doktoru, professor

Alı Balayev, tarix üzrə fəlsəfə doktoru, dosent

Almaz Cavadova, tarix üzrə fəlsəfə doktoru, dosent

Araz Şamilov, "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri

Arzu Məmmədova, tarix üzrə fəlsəfə doktoru, dosent

Bayram Quliyev, tarix üzrə fəlsəfə doktoru

Bəxtiyar Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent

Bəymirzə Şabiyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, dosent

Çingiz Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent

Dilavər Əzimli, tarix üzrə fəlsəfə doktoru, dosent

Elman Mirzəyev, tarix üzrə fəlsəfə doktoru

Elmira Süleymanova, tarix üzrə fəlsəfə doktoru, dosent

Elvira Lətifova, tarix üzrə fəlsəfə doktoru, dosent

Ərrəhman Əhmədov, tarix üzrə fəlsəfə doktoru, dosent

Ərşad Həsənov, tarix üzrə fəlsəfə doktoru

Faiq Ələkbərov,fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Fərəh Hüseyn, tarix üzrə fəlsəfə doktoru, dosent

Fərhad Cabbarov, tarix üzrə fəlsəfə doktoru, dosent

Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent

Habil Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent

Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent

İradə Qasımova, tarix üzrə fəlsəfə doktoru, dosent

Lalə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent

Məhəmməd Cəbrayılov. fəlsəfə üzrə fəlsəfə doktoru

Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent

Müzəffər İsayev, tarix üzrə fəlsəfə doktoru, dosent

Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent

Nurlan Nəsirov, tarix üzrə fəlsəfə doktoru

Rabil Süleymanlı, tarix üzrə fəlsəfə doktoru

Ramin Əlizadə, tarix üzrə fəlsəfə doktoru

Rəna Bayramova, tarix üzrə fəlsəfə doktoru, dosent

Rəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru, dosent

Samir Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru

Sevinc Ruintən, tarix üzrə fəlsəfə doktoru, dosent

Şahlar Şərifov, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent

Şapi Yagizarov, tarix üzrə fəlsəfə doktoru, dosent

Ülviyyə İbrahimova, tarix üzrə fəlsəfə doktoru, dosent

Vurğun Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent

Yunis Nəsibov, tarix üzrə fəlsəfə doktoru, dosent

Zakir Kərimov, tarix üzrə fəlsəfə doktoru, dosent

Zəkulla Bayramlı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Zəhra İslamova, tarix üzrə fəlsəfə doktoru

Cəfər Xanəliyev, baş müəllim (ADPU)

Əminə Şirinova, baş müəllim (BDU)

İsaməddin Musayev, baş müəllim (ADPU)

Qələndər Muxtarlı, baş müəllim

Nurlana Cavanşir, baş müəllim (BDU)

Paşa Həsənli, elmi işçi

Samirə Ramazanova, baş müəllim (ADPU)

Səba Hüseynova, baş müəllim (ADPU)

Səlimə Quliyeva, müəllim (BDU)

Həcər Əhmədova, müəllim (Odlar Yurdu Universiteti); doktorant (BDU)

QEYD: Sənəd imzaya açıqdır. Bəyanata qoşulanlar səhifədə yorum (comment) yerində ad və soyadlarını, titullarını (varsa) tam yazsınlar.

 

BAO İnformasiya Xidməti

15.08.2020

 

 



“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023