BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış “Toplumdan seçilmişə doğru” kitabının təqdimatı (07/01/2023)

22:59 / 07-01-2023   /   baxış - 707
 
7 yanvar 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə BAO başqanının İdeoloji məsələlər üzrə müavini və AMEA Tarix İnstitutunun əməkdaşı olmuş mərhum tarix üzrə fəlsəfə doktoru, dosent, Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında AMEA Tarix İnstitutu tərəfindən hazırlanmış "Toplumdan seçilmişə doğru" kitabının təqdimatı keçirildi.
 
Tədbiri giriş sözü ilə BAO Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri Anar Can Kıtay açdı. D.Əzimlinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz çıxışçılara verildi.
 
Kitabın tərtibində iştirak etmiş AMEA Tarix institutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı D.Əzimlinin zəngin elmi irsi haqqında danışdı. Onun xüsusən Səfəvilər dövrünün və din-dövlət məsələlərinin əsas tədqiqatçılarından biri olduğunu qeyd etdi.

Tədbirdə həmçinin tədqiqatşı Məhəmməd Muxtarlı, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, AMEA Tarix İnstitutunun əməkdaş, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, BAO başqanının humanitar məsələlər üzrə muavini və AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, BAO üzvü şair Fəzail İsmayıl Böyükkişi, keçmiş BAO üzvü, tarixçi Nəcəfalı Cahangirli, BDU Azərbaycan tarixi kafedrasının magistri Nihad Məmmədli, jurnalist Rüfət Muradlı, BAO Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı, BAO başqanı Zahir Əlisoy və b. çıxışlar etdilər.

Çıxış edənlər Dilavər bəyin Azərbaycan tarix elmi qarşısındakı, eləcə də Bütöv Azərbaycan Ocaqlarında fəaliyyəti dövründəki xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşdülər, həmçinin kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.

Onu da qeyd edək ki, Bütöv Azərbaycan Ocaqları (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun dəyirmi masaları ənənəvi olaraq hər həftənin şənbə günləri saat 15:00-da keçirilməyə davam edəcək.

 
VİDEOLİNK:
 
 
 
VİDEO-YOUTUBE-BAO TV:
 
 
FOTOLAR:

 
BAO Mətbuat Xidməti
07.01.2023.


“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023