BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans (10/04/2021)

22:08 / 10-04-2021   /   baxış - 1368

10 aprel 2021-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə tanınmış tarixçi alim və ictimai-siyasi xadim Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçirilmişdir.

"Zoom" platforması üzərindən baş tutmuş konfrans BAO-nun qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, pedaqoq, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimlinin anım günü ilə bağlı təşkil olunmuşdur.

Konfransın aparıcısı, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli açılış çıxışında konfransın keçirilməsinin məqsədi barədə məlumat vermişdir.

Konfrans iştirakçılarından Firdovsiyyə Əhmədova, İsa Qəmbər, Əhməd Daşqın, Mirmahmud Fəttayev, Mahmud Bilgin, Hacı Həsənov, Abdulla Əmir Haşimi, Boran Əziz, Mübariz Süleymanlı, Nazim Muradov, Qasım Hacıyev, Fərəh Hüseynova, Naiba Əhmədova, Namiq Musalı, Məcid Araz, Zəkulla Bayramlı, Anar Can Kıtay, Rüfət Muradlı, Natiq Ulubəy, Xanoğlan Əhmədov və d. çıxış edərək Dilavər bəyin tarixçi alim, pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvü, eyni zamanda 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçısı kimi fəaliyyətindən, Azərbaycan tarix elmi üçün gördüyü işlərdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Bütöv Azərbaycan mücadiləsinin mübarizlərindən biri, qəlbən, ruhən Bütöv Azərbaycan mücadiləsinə bağlı insan olan Dilavər Əzimlinin vəfatı yalnız ailəsi, mənsub olduğu nəsil üçün deyil, Azərbaycan tarix elmi, Bütöv Azərbaycan mücadiləsi və eləcə də qurucu üzvü olduğu Bütöv Azərbaycan Ocaqları (BAO) üçün də böyük itkidir.

Sonda Dilavər bəyin həyat yoldaşı, tanınmış telejurnalist Arzu Qazıyeva çıxış edərək konfransın təşkilinə görə Bütöv Azərbaycan Ocaqlarına, tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Konfransda Azərbaycandan, Türkiyədən elmi-pedaqoji ictimaiyyətin, gənc nəslin nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və b. iştirak etmişlər.

VİDEOLİNK:

https://www.facebook.com/baoazerbaycan/videos/1083414712137482

 

Fotolar:

BAO İnformasiya Xidməti.

Bakı, 10.04.2021.

 



“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023