BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Güneyin azadlığı yolunda Quzeyin üzərinə düşən vəzifələr” mövzusunda dəyirmi masa (14/01/2023)

20:54 / 14-01-2023   /   baxış - 187
14 yanvar 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə “Güneyin azadlığı yolunda Quzeyin üzərinə düşən vəzifələr” mövzusunda dəyirmi masa keçirildi.
 
Tədbiri giriş sözü ilə BAO Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri Anar Can Kıtay açdı. Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ssonra yazıçı-publisist Sayman Aruz mövzu üzrə çıxış etdi.
 
S.Aruz bu gün Güneydə böyük bir hərəkata, partlayışa ehtiyac olduğunu qeyd etdi: "Bu gün Güney təşlikatlarının çoxunun yaradılmasında İran rejiminin əli var. Rejim bizim milli dəyərlərimizi əlimizdən alıb. İran ərazisinin ən azı bir milyon kv. km.-i Azərbaycan əraziləridir, o ərazilərədə Azərbaycanlılar yaşayır. 1980-ci ildə İran-İrak müharibəsi başlamasaydı molla rejimi dağılacaqdı. Məqsədli şəkildə müharibəni uzatdılar. Nəticədə 15 min milli fəal edam olundu. Hamısının ad-soyadı məlumdur. Mən inanıram ki, elə bu il Güneydə ciddi hadisələrin şahidi olacağıq və bu prosesə də türk dövlətləri dəstək verəcək".
 
Daha sonra aparıcı Anar Can Kıtay, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli, pedoqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı, müharibə iştirakçısı, polis polkovniki Yaşar bəy, klinik psixoloq Orxan Oğulcan Aydoğan, BDU hüquq fakültəsinin tələbəsi Arda Gezici, BAO Mərkəzi Şurasının üzvü Natiq Ulubəy və b.-nın çıxışçıya verdiyi suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə tədbir davam etdirildi.

Onu da qeyd edək ki, Bütöv Azərbaycan Ocaqları (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun dəyirmi masaları ənənəvi olaraq hər həftənin şənbə günləri keçirilməyə davam edəcək.

 
VİDEOLİNK:
 
 
VİDEO -YOUTUBE - BAO TV:
 

 

FOTOLAR:

 
BAO Mətbuat Xidməti
14.01.2023.


Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda dəyirmi masa (18/02/2023)
19:51 / 19-02-2023
“Güneyin istiqlalı, yoxsa bütövlükdə İran?” mövzusunda DEBAT (11/02/2023)
15:51 / 14-02-2023
“Dünyada gedən proseslər və İran” mövzusunda dəyirmi masa (04/02/2023)
15:35 / 14-02-2023
“Niyə İslam inqılabından Azərbaycana bir pay düşmədi?” mövzusunda dəyirmi masa (28/01/2023)
15:21 / 14-02-2023
“İran haqqında utopik və gerçək siyasi baxış” mövzusunda dəyirmi masa (21/01/2023)
15:12 / 14-02-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış “Toplumdan seçilmişə doğru” kitabının təqdimatı (07/01/2023)
22:59 / 07-01-2023
II BÜTÖV AZƏRBAYCAN FORUMU (17/12/2022)
22:47 / 17-12-2022
Həmrəylik günündə BAO-çular Fəxri Xiyabanı zıyarət ediblər (31/12/2021)
23:15 / 31-12-2021
“Azadlıq, Ədalət, Milli Hökumət. 21 Azər hərakatından Milli İstiqlala doğru” mövzusunda onlayn video-konfrans (11/12/2021)
22:36 / 12-12-2021
Milli hökumətin 76-cı ilində S.C.Pişəvərinin məzarı ziyarət edildi (11/12/2021)
22:25 / 12-12-2021
Doğum günündə Dilavər Əzimlinin məzarı ziyarət edildi (05/12/2021)
22:13 / 12-12-2021