31 yanvar 2021-ci il tarixində Bütöv Azərbaycaq Ocaqları (BAO) Qurultay səlahiyyətli Ümumi Yığıncaq (II Qurultay) keçirib. Onlayn şəkildə keçirilmiş tədbirdə Qurultaya hazırlıq üzrə yaradılmış Təşkilat Komitəsinin sədri Araz Şamil sədr, Şirvani Ədilli isə katib seçlib.
Yığıncaqda öncə BAO başqanı Zahir Əlisoyun və Mərkəzi Şura (MŞ) sədri Paşa Həsənlinin rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında hesabatları dinlənilib. Hesabatlar səsə qoyularaq qənaətbəxş hesab edilib.
Sonra təşkilatın Nizamnamə və Məramnaməsi bəzi dəyişikliklərlə qəbul edilib. Daha sonra Zahir Əlisoy növbəti dövr üçün BAO başqanı seçilib. Həmçinin, 11 nəfərlik Mərkəzi Şura (MŞ) (Mehriban Vəzir, Hüsniyyə Əliyeva, Paşa Həsənli, Hakim Sadiqli, Faiq Quliyev, Natiq Ulubəy, Şahlar Hacıyev, Aydın Şükür, Aydın Qasımlı (Mədətoğlu), Şirvani Ədilli və Araz Şamil), 5 nəfərlik Mərkəzi Nəzarət Təıftiş Komissiyası (MNTK) (Yusif Baba, Seymur Mürsəl, Saday Quliyev, Tural Elçin və Kənan Hüseynzadə) seçilib.
Qurultayın sonunda təşkilatın gələcək inkişaf istiqamətləri haqqında Z.Əlisoy çıxış edib. Daha sonra Mehriban Vəzir, Paşa Həsənli, Fəzail Böyükkişi, Faiq Ələkbərli və b. II Qurultayın nəticələri və BAO-nun gələcək fəaliyyəti haqqında öz fikirlrini bölüşüblər.
Xatırladaq ki, 2011-ci ildə yaranmış Bütöv Azərbaycan Ocaqlarının (BAO) Təsis Konfransı 2014-cü ildə, I Qurultayı isə 2016-ci ildə keçirilib.
FOTOLAR:
BAO İnformasiya Xidməti
31.01.2021.