BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Doğum günündə Dilavər Əzimlinin məzarı ziyarət edildi (05/12/2021)

22:13 / 12-12-2021   /   baxış - 789

5 dekabr Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri və təşkilat başqanının İdeoloji məsələlər üzrə sabiq müavini, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin doğum günüdür.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəhbərliyi, bir qrup üzvü və AMEA Tarix İnstitutunun bir qrup əməkdaşı, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, alimin yaxınları doğum günündə Dilavər bəyin məzarını ziyarət ediblər. Mərhumun ruhuna dualar oxunub, məzarının üzərinə gül dəstələri qoyulub.

BAO başqanı Zahir Əlisoy, AMEA Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, BAO Mərkəzi Şurasının üzvü, İrəvan Türk Cümhuriyyəti Dövlət Şurasının sədri Paşa Həsənli, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı çıxış etmişlər.

Çıxışçılar Dilavər bəyin tarixçi alim, pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvlərindən biri, BAO başqanının İdeoloji məsələlər üzrə sabiq müavini, milli azadlıq hərəkatının fəal iştirakçısı kimi fəaliyyətindən, Azərbaycan tarixinin orta əsrlər dövrünün araşdırılmasında gördüyü diqqətəlayiq işlərdən danışmışlar.

Çıxışçılar Dilavər Əzimlinin milli ziyalı, Vətən və millət üçün dəyərli bir insan olması haqqında öz fikirlərini bölüşmüşlər.

Ziyarət mərasimində çıxışlarda D. Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan tarix elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.

Dilavər bəyin həyat yoldaşı, tanınmış tele-jurnalist Arzu xanım Qazıyeva çıxış edərək tanınmış tarixçi alimi unutmayanlara, doğum günündə ziyarətə gələnlərə və ürək sözlərini çatdıranlara ailəsi adından təşəkkürünü bildirdi.

Video: https://fb.watch/9IGScAwGZj/

FOTOLAR:

BAO-nun Mətbuat Xidməti.

Bakı, 05.12.2021.



Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda dəyirmi masa (18/02/2023)
19:51 / 19-02-2023
“Güneyin istiqlalı, yoxsa bütövlükdə İran?” mövzusunda DEBAT (11/02/2023)
15:51 / 14-02-2023
“Dünyada gedən proseslər və İran” mövzusunda dəyirmi masa (04/02/2023)
15:35 / 14-02-2023
“Niyə İslam inqılabından Azərbaycana bir pay düşmədi?” mövzusunda dəyirmi masa (28/01/2023)
15:21 / 14-02-2023
“İran haqqında utopik və gerçək siyasi baxış” mövzusunda dəyirmi masa (21/01/2023)
15:12 / 14-02-2023
“Güneyin azadlığı yolunda Quzeyin üzərinə düşən vəzifələr” mövzusunda dəyirmi masa (14/01/2023)
20:54 / 14-01-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış “Toplumdan seçilmişə doğru” kitabının təqdimatı (07/01/2023)
22:59 / 07-01-2023
II BÜTÖV AZƏRBAYCAN FORUMU (17/12/2022)
22:47 / 17-12-2022
Həmrəylik günündə BAO-çular Fəxri Xiyabanı zıyarət ediblər (31/12/2021)
23:15 / 31-12-2021
“Azadlıq, Ədalət, Milli Hökumət. 21 Azər hərakatından Milli İstiqlala doğru” mövzusunda onlayn video-konfrans (11/12/2021)
22:36 / 12-12-2021
Milli hökumətin 76-cı ilində S.C.Pişəvərinin məzarı ziyarət edildi (11/12/2021)
22:25 / 12-12-2021