BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Azərbaycan dövlətçilik tarixi (1918-1920 və 1992-1993)” mövzusunda onlayn video-konfrans - I hissə (20/08/2020)

16:04 / 21-08-2020   /   baxış - 1479

20 avqust 2020-cil il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Azərbaycan dövlətçilik tarixi (1918-1920 və 1992-1993)” mövzusunda onlayn video-konfrans (I hissə) keçirilib.

Tədbiri giriş sözü ilə açan BAO-nun Türkiyə təmsilçiliyinin rəhbəri Sina Həsəni bildirib ki, 1918-ci il 28 mayda qurulan Azərbaycan Cümhuriyyəti 50 milyonluq Azərbaycan türkünün sərvətidir.

Daha sonra söz alan tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova bildirib ki, Azərbaycan Cümhuriyyəti modern dovlet quruculuqunu milli zəmində aparmağın uğurlu nümunəsini yarada bildi. Belə ki, bütün nazirliklərin fəaliyyəti milli dövlət quruculuğunun modern məzmunu istiqamətində olmuşdur. Əhmədovaya görə, strateji əhəmiyyətli təməl addımlar atmaqla Azərbaycan dövlətçiliyi üçün yalnız dəyərlər yaratmamış, hem de 100 ilden sonrası üçün keçərli olan inkişaf xəttini müəyyənləşdirə bilmişdir: "Etnik və dini müxtəlifliyin birgə yaşayışın modern üsullarını tətbiq etmiş, suverenliyi qorumaq naminə siyasi iradə nümayiş etdirməyi, ərazi sahibliyi yönündə qətiyyət göstərməyi tarixi nümunə ve milli sərvət edə bildilər. Demokratik idarəetmənin Turk-Islam dünyası üçün modern nümunəsinin pioneri oldular".

Professor Nəsib Nəsibli isə hesab edir ki, Cümhuriyyətə və onun liderlərinə qarşı ittihamların arxasında bəzi məqamlar var. Ona görə, burada Rusiyanın təzyiqləri ilə yanaşı, daxildəki antitürk dairələrin də rolu özünü büruzə verir. Ona görə, hazırda da biriləri Cümhuriyyət dövrünü Sovet modelinə uyğun olaraq tarixdən silmək istəyirlər. Artıq bunun mümkün olmadığını, Cümhuriyyətin şüurlarda monotləşdiyini deyən, Nəsibli qeyd etdi ki, heç bir qüvvənin gücü Rəsulzadələri, Yusifbəyliləri, Topçubaşovları və başqa Cümhuriyyət liderlərini insanların şüurundan silməyə gücü çatmayacaq.

BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli bildirib ki, son dövrlərdə Cümhuriyyətə və onun liderlərinə qarşı yönəlmiş ittihamlar hələ də, müstəmləkəçilik təfəkküründən qurtulmadığımızdan xəbər verir. Onun fikrincə, bugünkü Azərbaycan Respublikası özünü Azərbaycan Cümhuriyyətinin varisi elan etməyinə baxmayaraq, bir çox məsələlərdə (dövlət dilin adı, coğrafiya, 2. Dünya müharibəsinə münasibət və s.) Azərbaycan Sovet Sosialist respublikasının davamçısı kimi ifadə edir. Bunun yol verilməz olduğunu qeyd edən Ələkbərli bildirib ki, BAO-nun əsas yolu Azərbaycan Cümhuriyyətinin, onun qurucusu Məhəmməd Əmin Rəsulzadənin ideallarını həyata keçirməkdir. Bu yoldan heç zaman geri addım atmayacaqlarını deyən

F.Ələkbərli qeyd edib ki, hər bir kəs tutduğu vəzifəsindən asılı olmayaraq ümummilli məsələlərdə diqqətli olmalıdır.

Daha sonra dosent Dilavər Əzimli, Limunət Əmrahlı, Afsəddin Nəbiyev, Elmar Elminur və başqaları mövzu ətrafında müzakirələr davam ediblər.

 

P.S. Konfransın video-linki:

https://m.facebook.com/story.php?story_fbid=3331259443579821&id=102525144537995

 

BAO İnformasiya Xidməti.

20.08.2020



“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023