BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Kompüteri ANA DİLİMİZDƏ işlədək! Kompüter istifadəçilərinə müraciət

23:43 / 20-12-2014   /   baxış - 1533

 

Kompüteri ANA DİLİMİZDƏ işlədək!

Bütöv Azərbaycan Ocaqlarının (BAO) bu şüarla başladığı kampaniya davam edir. Kampaniyada məqsəd kompüter proqramlarının əhali tərəfindən kütləvi şəkildə Azərbaycan türkcəsində işlədilməsinə nail olamq, bu sahədə ana dilimizin mövqeyini yüksəltməkdir.

 

WINDOWS 7 proqramını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

64 və 32-bitlik üçün:

http://www.microsoft.com/az-latn-az/download/details.aspx?id=17036
 

WINDOWS 8 proqramını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

64 və 32-bitlik üçün:

http://www.microsoft.com/az-latn-az/download/details.aspx?id=35403

 

WINDOWS 8.1 proqramını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

64 və 32-bitlik üçün:

http://www.microsoft.com/az-Latn-AZ/download/details.aspx?id=39307

 

WINDOWS 10 proqramını aşağıdakı video-linkdən istifadə edərək daha asan yolla (yükləməsiz, sadəcə aktivləşdirmə ilə) Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

https://www.youtube.com/watch?v=NHI4pOUfRIk

 

OFFİCE 2007 proqramlarını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

http://www.microsoft.com/az-latn-az/download/details.aspx?id=5400

 

OFFİCE 2010 proqramlarını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

http://www.microsoft.com/az-latn-az/download/details.aspx?id=6804

 

OFFİCE 2013 proqramlarını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

http://www.microsoft.com/az-latn-az/download/details.aspx?id=36528

 

OFFİCE 2016 proqramlarını aşağıdakı linkdən istifadə edərək Azərbaycan türkcəsinə çevirə bilərsiniz:

https://support.office.com/tr-tr/article/Office-2016-i%C3%A7in-Dil-Paketi-82ee1236-0f9a-45ee-9c72-05b026ee809f

 

KOMPÜTER İSTİFADƏÇİLƏRİNƏ MÜRACİƏT:

Öz dilimizi sevək və yüksəldək. Gənc nəslin milli şüuruna zərbə vurmayaq, onlarda aşağılıq kompleksinin yaranmasına şərait yaratmayaq. Gənc nəsil elə hesab etməməlidir ki, kompüter, mobil telefon rus dilindədir və elə belə də olmalıdır. Özü də gənclərin əksəriyyəti rus dilini bilmir və bilməyə borclu da deyil. Ruslar və eləcə də bütün digər xalqlar da elektron vasitələrin dilini ingiliscə orijinalından tərcümə edib öz ana dillərində istifadə edirlər. Bizdə də əsas proqramlar (Windows və Ofis proqramları) tərcümə olunub. Bəs biz niyə istifadə etmirik?  Ona görə ki, bütün millətlər özlərinə hörmət edirlər, özlərini sevirlər, biz yox? Öz milli dəyərlərini qorumayan, sevməyən millət məhvə məhkumdur!

Bütöv Azərbaycan Ocaqları, 16.02.2014.