BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)

15:12 / 26-03-2023   /   baxış - 1245

25 mart 2023-cü il tarixində Güney Azərbaycan türklərinin Belçikanın paytaxtı Brüssel şəhərində "Azadlıq və ədalət yürüşü"nə dəstək məqsədiylə Bütöv Azərbaycan Ocaqlarının (BAO) və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (AQHMC) təşkilatçılığı ilə  dəyirmi masa keçirilib.

BAO-nun Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri, tarixçi  Anar Can Kıtayın aparıcı olduğu dəyirmi masada Dilarə Əliyeva adına AQHMC və BAO fəalları çıxış edərək Brüsseldə keçirilən yürüş iştirakçılrı ilə həmrəy olduqlarını bildiriblər. 

Tədbirdə həmçinin Kanal-13 vasitəsiylə Brüsseldə baş tutmuş alksiyadan canlı görüntülər nümayiş etdirilib.

VİDEO - BAO TV:

FOTOLAR:

BAO Mətbuat Xidməti

25.03.2023.