BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) 28 may – respublika günü münasibəti ilə Azərbaycan xalqına bayram təbriki (27.05.2014)

00:03 / 21-12-2014   /   baxış - 1555

Bütöv Azərbaycan Ocaqlarının (BAO) 28 may – respublika günü

münasibəti ilə Azərbaycan xalqına

bayram təbriki

 

Əziz həmvətənlərimiz!

28 may günü xalqımızın tarixində ən şərəfli günlərdən biridir. 96 il öncə - 1918-ci ilin məhz bu günü müsəlman şərqində ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulmuşdur. AXC-nin mövcud olduğu iki il ərzində ölkədə çox mühüm milli-demokratik islahatlar aparılmış və həmin dövr tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir. 1920-ci ildə süquta uğradılan respublika 71 il sonra – 1991-ci ildə xalqımızın iradəsi ilə yenidən bərpa edilmiş və ulu öndərimiz M.Ə.Rəsulzadənin “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı öz yerini almişdır.

Əziz həmvətənlərimiz!

Sizi bu böyük bayram münasibəti ilə təbrik edir və inanırıq ki, uğrunda mübarizə apardığımız Bütöv Azərbaycanda bütövlük bayramını qeyd edəcəyimiz gün də uzaqda deyil.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 27.05.2014.

www.bao.az

ocaqlar@bao.az

ocaqlar@mail.ru