BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) ABŞ konqresmeni Dana Rohrabakerə açıq məktubu (26.11.2013)

23:34 / 20-12-2014   /   baxış - 1563

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin

Nəzarət və Araşdırma üzrə alt komitəsinin sədri

cənab Dana Rohrabakerə

Bütöv Azərbaycan Ocaqları tərəfindən

 

AÇIQ MƏKTUB

 

Hörmətli cənab Dana Rohrabaker,

Məlundur ki, şovinist İran rejimi tərəfindən qeyri-fars xalqlarının, o cümlədən sayi 35 milyondan çox olan Güney Azərbaycan türklərinin milli haqları kobud şəkildə pozulur. Bu xalqlar molla rejimi tərəfindən öz ana dillərindən istifadə hüququndan məhrum edilərək sərt assimilyasiyaya məruz qalırlar. Öz milli haqları uğrunda mübarizə aparan fəallar təqib və təzyiqlər, həbs və işgəncələrlə üzləşirlər. Lakin təəssüf ki, aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar İranda insan haqlarının bu cür kobud şəkildə pozulmasına biganə mövqedə qalmaqdadırlar. Belə bir şəraitdə siz bu problemləri dəfələrlə ABŞ Konqresində qaldırmış, İranda yaşayan xalqların azad səsvermə yolu ilə öz müqəddaratlarını təyin etmə hüququnun olduğunu bildirmiş, bu məsələ ilə bağlı qətnamə layihəsi ilə çıxış etmisiniz.

Cənab Dana Rohrabaker,

Sizin bu məsələdəki obyektiv və ədalətli mövqeyiniz bizi hədsiz sevindirir. Biz sizin bu təşəbbüslərinizi yüksək qiymətləndirir və alqışlayır, bu  istiqamətdəki fəaliyyətinizə görə sizə dərin minnətdarlığımızı bildirir və inanırıq ki, bu cür təşəbbüslərin davam etdirilməsi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə İranda qeyri-fars xalqlarının, o cümlədən Güney Azərbaycan türklərinin milli problemləri ədalətli şəkildə həll oluna bilər.

 

Hörmətlə,

Zahir Əlisoy

“Bütöv Azərbaycan Ocaqları”nın başqanı

26.11.2013.