BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Həmrəylik gününüz və yeni iliniz mübarək!

23:09 / 31-12-2021   /   baxış - 1041

Bütöv Azərbaycan Ocaqlarının (BAO) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə Azərbaycan xalqına

TƏBRİKİ

Əziz həmvətənlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə rifah, firavanlıq və əmin-amanlıq arzulayırıq.

1989-cu il, dekabrın sonlarında Naxçıvanda İran adlanan ölkə ilə olan sərhədlərin sökülməsi bir xalqın müqəddəs amalını gerçəkləşdirmək arzusunun simvolik ifadəsi idi. Bu hərəkatın məntiqi nəticəsi kimi Vətənimizin bir hissəsində, Azərbaycanın Quzeyində müstəqilliyimizi bərpa etdik.

Böyük bir hissəmiz olan Azərbaycanın Güneyində isə bu gün milli dövlətimizin qurulması və Azərbaycanımızın bütövləşməsi uğrunda mübarizə gedir. Şovinist fars rejimi nə qədər amansız olsa da, bu hərəkatın qarşısında davam gətirə bilməyəcək. Çünki, bu millətin ruhunu qırmaq, onu müti etmək mümkün deyil. Ruhu bir olan millətin özü də, dövləti də bir olacaqdır.

Bütövlük uğrunda mücadilədə Tanrı bizə yar olsun. Bu yolda şəhid olan soydaşlarımıza Allah rəhmət eləsin.

Bayramınız mübarək!

BAO-nun Mətbuat Xidməti.

Bakı, 30.12.2021