BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)

12:18 / 14-03-2023   /   baxış - 1155

11 mart 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə "Bütöv Azərbaycan mübarizəsində qadınların rolu" mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə BAO Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri Anar Can Kıtay açaraq giriş sözü söylədi.

Daha sonra söz tədbirin məruzəçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə xanım Məmmədliyə verildi.

O, çıxış edərək Azərbaycan qadınların ictimai-siyasi həyatda rolu, qarşılaşdıqları çətinliklər və s. haqqında dəyərli fikirlərini tədbir iştirakçılarına çatdırdı.

Daha sonra BAO Mərkəzi Şurasının üzvü Natiq Ulubəy, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli, BAO başqanının humanitar məsələlər üzrə müavini, dosent Zəkulla Bayramlı mövzu ətrafında irəli sürdükləri fikirlərlə tədbir davam etdirildi.

Onu da qeyd edək ki, BAO-nun Dil-Tarix-Coğrafiya Qurumunun dəyirmi masaları ənənəvi olaraq hər həftənin şənbə günləri keçirilməyə davam edəcək.

VİDEO (BAO TV):

 

FOTOLAR:

BAO-nun Mətbuat Xidməti.

Bakı, 11.03.2023