BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAOGT-nin aclıq edən güneyli məhbuslara müraciəti (13.05.2014)

23:56 / 20-12-2014   /   baxış - 1511

Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatının (BAOGT) Güney Azərbaycanda milli haqları uğrunda mübarizə apardıqlarına görə həbs olunan və hazırda məhbəsdəki ədalətsizliklərə etiraz əlaməti olaraq aclıq edən Yürüş Mehrəlibəyli, Behnam Şeyxi, Mahmud Ocaqlı və b. milli fəallara

Müraciəti

Dəyərli soydaşlarımız! 

Demokratiya və insan haqlarını qəbul edən bütün beynəlxalq qurumlara bir daha aydın oldu ki, İranda movcud olan fars şovnizmi ölkədə yaşayan digər xalqların haqlarını pozur. Xüsusən də ölkənin əsas çoxluğunu təşkil edən Azərbaycan türkləri bu repressiyaya daha çox hədəf olur. Azərbaycanın güneyində qardaş və bacılarımız milli haqlarımızın təmin olunması uğurunda dinc və sivil qaydalara uyğun mübarizə apardıqları üçün daim fars şovnizminin zindanlarında işgəncə çəkməli olur, onlar rejimin heç bir arqumetə söykənməyən saxta ittihamları ilə məhkum edilirlər.

29 gündür ki, aclıq aksiyası keçirməkdə olan Yürüş Mehrəlibəylinin və ona dəstək vermək üçün aksiyaya qoşulan digər dostlarımızın bu böyük fədakarlığı Quzey Azərbaycan gənclərində Bütöv Azərbaycan mübarizəsinə olan inamı daha da artıraraq onlara tükənməz  ruh verməkdədir.

Əziz qardaşlar! Sizdən aclığı dayandırmağı rica edirik. Azərbaycanın Güneyinin istiqlalını, qələbəsini qeyd etmək üçün və Bütöv Azərbaycanı qurmaq üçün uca millətimizin sizin kimi mübarizəsində qətiyyətli və dönməz qəhrəmanlara ehtiyacımız var. Siz gerçəkdən ailələrinizlə birlikdə şərəfli bir tarixə imza atdınız. Yaşasın Bütöv Azərbaycan uğurunda şərəfli mübarizəmiz!.

 

Bakı, 13.5.2014.